ABŞ və KXDR liderləri geniş tərkibdə danışıqları başa çatdırıblar - YENİLƏNİB


28.02.2019 10:50
273
ABŞ və KXDR liderləri geniş tərkibdə danışıqları başa çatdırıblar - YENİLƏNİB

ABŞ Prezidenti Donald Tramp və KXDR lideri Kim Çen In Hanoyda geniş tərkibdə danışıqları başa çatdırıblar.


Ekspress.az -ın məlumatına görə, sammitin əsas müzakirə hissəsi iki saatdan çox davam edib, indi ölkə liderləri işgüzar nahar yeməyində iştirak edəcəklər (report).


***

ABŞ prezidenti Donald Tramp və KXDR lideri Kim Çen In arasında cümə axşamı Hanoyda keçirilən təkbətək görüş başa çatıb.

Görüş 30 dəqiqə davam edib.

İndi iki ölkə lideri bir neçə saat davam edəcək geniş tərkibdə danışıqlara başlayıblar.


***

ABŞ prezidenti Donald Tramp və KXDR lideri Kim Çen In sammitin ikinci gününə start verib.

Hazırda liderlər arasında təkbətək görüş keçirilir.

Cümə axşamı danışıqlara ümumilikdə 5 saat sərf olunacaq. Tramp Hanoyu tərk etməzdən əvvəl mətbuat konfransı keçirəcək.


Ekspress.az

Açar sözlər: