"Qarabağ"a qarşı təxribat: XİN tapşırıq verdi


04.10.2019 10:15
125
"Qarabağ"a qarşı təxribat: XİN tapşırıq verdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Lüksemburqda "Düdelanj"-"Qarabağ" futbol matçı zamanı baş verən təxribatı nəzərə alaraq vəziyyəti izləyir.


Ekspress.az xəbər verir ki, bunu Azərbaycan XİN Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva deyib.


"Lüksemburqda akkreditə olunmuş səfirə bu ölkənin Xarici İşlər Nazirliyi ilə əlaqə yaratmaq və təxribatlara cavabdeh şəxslərin tapıldığına və müvafiq məsuliyyət daşıyacaqlarına əmin olmaqla bağlı tapşırıq verilib", - L. Abdullayeva bildirib.


Qeyd edək ki, ötən gecə Lüksemburqda baş tutan oyun zamanı erməni azarkeşlər dronla "dqr"in əski parçasını meydançaya endiriblər. Oyun saxlanılıb, bu təxribatı həyata keçirənlər saxlanılıblar.


Bundan sonra davam edən oyun isə "Qarabağ"ın 4:1 hesablı qələbəsi ilə yekunlaşıb. (axar)


Ekspress.az