Azərsutikinti Xəstəxanasının korpusunda yanğın - bir nəfər özünü 3-cü mərtəbədən atdı

10.04.2019 12:18
535
Azərsutikinti Xəstəxanasının korpusunda yanğın - bir nəfər özünü 3-cü mərtəbədən atdı

Yanğın Azərsutikinti Xəstəxanasının məcburi köçkünlərin məkunlaşdığı korpusunda olub. 


Ekspress.az xəbər verir ki, Bakıda Babək prospektində yerləşən yataqxanada yanğın baş verib. Hadisə yerinə yanğınsöndürən və təcili yardım maşınları gəlib.


Səhiyyə Nazirliyindən “Report”a verilən məlumata görə, hadisə zamanı 45 yaşında bir kişi qorxaraq özünü binanın 3-cü mərtəbəsindən aşağı atıb. Həmin şəxs təcili yardım maşını ilə xəstəxanaya aparılıb.


Yanğın söndürülüb.


Ekspress.az