Məcburi köçkünlər üçün yeni yaşayış yeri tikiləcək

21.04.2019 10:45
361
Məcburi köçkünlər üçün yeni yaşayış yeri tikiləcək


Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu Şəmkir rayonu ərazisində müvəqqəti məskunlaşmış 375 məcburi köçkün ailəsi üçün zəruri sosial-texniki infrastrukturu olan yeni yaşayış məhəlləsinin layihələndirilməsi işlərinin satınalması barədə açıq tender elan edir.


Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08.06.2011-ci il tarixli 149s №-li Sərəncamı ilə “Tədbirlər Planı” təsdiq edilmiş və “Dövlət Proqramı”na edilmiş əlavələrə əsasən Dövlət Neft Fondunun vəsaiti hesabına məcburi köçkünlərin müvəqqəti məskunlaşdırılması məqsədi ilə qəsəbələrin, çoxmərtəbəli binaların, fərdi yaşayış evlərinin layihələndirilməsi və onların tikintisi ilə bağlı işlərin həyata keçirilməsi MKSİF-ə həvalə olunmuşdur.


MKSİF yuxarıda göstərilən layihələndirmə işləri üzrə iştirak hüququ olan iddiaçıları möhürlənmiş zərflərdə tender təklifləri təqdim etməyə dəvət edir (FED).

Tender iştirakçılarına təklif edilir ki, “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, öz tender təkliflərini möhürlənmiş, imzalanmış, ikiqat bağlamada yazılı surətdə təqdim etsinlər.


Tenderdə iştirak etmək istəyənlər aşağıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş tenderin əsas şərtlər toplusunu Bakı şəhəri, Tbilisi prospekti 57D, (MKSİF) ünvanından, tel.: (+99421) 4318703, 4318769) ala bilərlər.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND