Avtobusların sayı azaldıldı - SƏBƏB

06.03.2019 09:05
244
Avtobusların sayı azaldıldı - SƏBƏB

2018-ci ildə Bakı Nəqliyyat Agentliyi tərəfindən Bakı şəhərinin marşrut şəbəkəsində həyata keçirilən islahatlar nəticəsində daşıyıcıların sayı 41-dən 36-ya endirilib.


Ekspress.az xəbər verir ki, islahatlar nəticəsində, həmçinin 39 marşrutun istismarçısı dəyişdirilib, 9 yeni marşrut təşkil edilib, 5-nin fəaliyyəti dayandırılıb və 32 marşrutun hərəkət sxemi sakinlərin müraciətlərinə və araşdırmaların nəticəsinə əsasən dəyişdirilib.


Qeyd edək ki, müəyyən marşrutların fəaliyyəti dayandırılmaqla və tələbata uyğun yeni marşrutların təşkil edilməsi ilə onların sayı optimallaşdırılaraq 146-dan 149-a çatdırılıb.


Ekspess.az

Açar sözlər: