Mərdəkan körpüsündən maşın aşdı: yaralananlar var


23.08.2019 14:20
61
Mərdəkan körpüsündən maşın aşdı: yaralananlar var

Mərdəkan körpüsündən avtomobil aşıb.


Ekspress.az xəbər verir ki, Səhiyyə Nazirliyindən verilən məlumata görə, biri uşaq olmaqla üç nəfər xəsarət alıb.


Yaralılar 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdiriliblər. Onlardan 33 yaşlı kişiyə döş qəfəsinin əziyi, 31 yaşlı qadına qapalı kəllə beyin travması, döş qəfəsinin əziyi, 4 yaşlı oğlan uşağına isə sol baldırın əziyi diaqnozu qoyulub.


Faktla bağlı araşdırma aparılır.


Ekspress.az


  • SON XƏBƏR
  • TREND