“Sovetski”də daha 1920 ev söküləcək

09.02.2019 13:40
335
“Sovetski”də daha 1920 ev söküləcək

Bakı şəhərinin Baş Planına uyğun olaraq 2014-cü ilin əvvəlindən başlayaraq Yasamal rayonunun “Sovetski” adlanan ərazisində işlərin birinci mərhələsində 26 hektardan çox sahəni əhatə edən ərazidə 4500-ə yaxın yaşayış və qeyri yaşayış obyektləri dövlət ehtiyacları üçün sakinlərlə əldə edilmiş razılığa əsasən satın alınıb. 


Bunu Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov 1 nömrəli sahə inzibati ərazi dairəsi üzrə nümayəndəliyin ərazisində, A.M.Şərifzadə 33 və İ.Zülalov 19 küçəsinin sakinləri ilə səyyar qəbul-görüşdə bildirib (Baku Post).


İcra başçısı söküntü işlərinin II mərhələsinin də həyata keçirildiyini və hazırda 1920 evin sakinlərilə əldə edilmiş razılığa əsasən satın alındığını nəzərə çatdırıb. İcra başçısı hazırda ikinci mərhələdə 13 hektar ərazini əhatə edən söküntü ərazisində də yeni yolların çəkildiyini, yaşıllaşdırma və abadlıq işlərinin aparıldığını və yaxın vaxtlarda görülən işlərin yekunlaşacağını sakinlərin diqqətinə çatdırıb.


Ə. Əzizov III mərhələdə 11 hektar ərazini əhatə edən söküntü ərazisində də işlərin davam etdiriləcəyini bildirib.


Ekspress.az