Əli Əhmədov BMT-yə ikinci Milli Məruzə təqdim edib

Azərbaycan ərazisinin 20 faizi hələ də Ermənistan tərəfindən işğal olunub, Ermənistan tərəfindən BMT-nin 4 məlum qətnaməsinin yerinə yetirilməməsi Dayanıqlı İnkişaf hədəflərində qarşıya qoyulan vəzifələrin həllini əngəlləyir.
Ekspress.az xəbər verir ki, bu barədə Baş Nazirin müavini, Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının sədri Əli Əhmədov Nyu-Yorkdakı BMT qərargahında keçirilən Yüksək Səviyyəli Siyasi Forumda ikinci Könüllü Milli Məruzəni təqdim edərkən bildirib.
Sülhsüz inkişaf olmadığını vurğulayan Ə.Əhmədov beynəlxalq ictimaiyyəti münaqişələri həll edərək sülhü bərqərar etməyə səsləyib. Baş Nazirin Ə.Əhmədov Qarabağ münaqişəsi həllini tapmasa belə, Azərbaycanın Dayanıqlı İnkişaf hədəflərilə bağlı təhsil, səhiyyə, sosial təminat, məşğulluq, xüsusilə də qaçqın və məcburi köçkünlərin məşğulluğu sahəsində bir sıra tədbirləri həyata keçirə bildiyini qeyd edib.
Bununla yanaşı, ölkənin iqtisadi inkişafı, orta və kiçik sahibkarlığın dəstəklənməsi, dövlət xidmətlərinin təkmilləşdirilməsi, ekoloji vəziyyətin yaxşılaşdırılması sahəsində də mühüm islahatların həyata keçirildiyini diqqətə çatdıran natiq 2025-ci ilədək sosial-iqtisadi inkişaf, təhsil kimi sahələrdə əlavə tədbirlər görüləcəyini bildirib.
Xatırladaq ki, BMT-yə ikinci milli məruzəni təqdim etməyə yalnız 14 ölkənin haqqı var (report).
Ekspress.az
-
-
22.10 09:55
Ermənistan atəşkəs rejimini 20 dəfə pozub
-
21.10 16:05
Əli Kərimli özünə və iki polis əməkdaşına xəsarət yetirib
-
21.10 13:37
Əli Əhmədov: "Qanunsuz aksiyanı təşkil edənlər kimlərsə tərəfindən idarə olunur"
-
21.10 11:21
Qoşunların təmas xəttində növbəti monitorinq keçiriləcək
-
21.10 09:17
Müstəqillik Günü münasibətilə konsert olub
-
19.10 11:45
Pakistan: "Dağlıq Qarabağ məsələsində Azərbaycanı daima dəstəkləyirik"
-
19.10 10:00
Cəbhədə bu gecə də silahlar SUSMADI
-
18.10 16:11
Milli Məclisin növbəti iclasının vaxtı bilindi
-
17.10 15:57
DİN və Baş Prokurorluqdan mitinq təşkilatçılarına - XƏBƏRDARLIQ
-
16.10 11:26
Həmsədrlər Dağlıq Qarabağa gəliblər
-
15.10 13:34
"Türk Şurasının qurumlarını dəstəkləməliyik" - Ərdoğan
-
15.10 13:27
Rusiya parlamentinə Qarabağa qanunsuz səfərlə bağlı sorğu göndərilib
-
14.10 12:47
Nazir polis mayoruna vəzifə verdi
-
14.10 09:57
Atəşkəs rejimi 22 dəfə pozulub
-
14.10 09:43
İran-Azərbaycan sərhədində İNSİDENT: Sərhədçi bıçaqlandı
-
12.10 15:00
Ermənistanın müdafiə naziri Qarabağa gəlib
-
12.10 12:18
Ermənistan atəşkəs rejimini 22 dəfə pozub
-
12.10 11:46
İlham Əliyev Nikol Paşinyanla Qarabağ məsələsini müzakirə ETDİ
-
11.10 17:00
Putin İlham Əliyevi Aİ toplantısına dəvət etdi
-
11.10 16:00
Lukaşenkodan Qarabağ təklifi: Həll edək!
-
-