İqbal Ağazadə meyiti tapılan əmisi oğlundan danışdı: "Biznesmen idi..." YENİLƏNDİ

13.06.2019 13:20
36
İqbal Ağazadə meyiti tapılan əmisi oğlundan danışdı: "Biznesmen idi..." YENİLƏNDİ

Bakıda itkin düşmüş kişinin meyiti tapılıb.


Ekspress.az xəbər verir ki, Xətai rayonunda iyunun 11-dən itkin düşən 49 yaşlı Abbasov Loğman Xudam oğlunun meyiti bir gün sonra həmin rayonun Sadıqcan küçəsində tapılıb.

Onun ölümünün səbəbləri Xətai Rayon Prokurorluğunda araşdırılır.


Qeyd edək ki, L.Abbasov Ümid Partiyasının sədri İqbal Ağazadənin əmisi oğludur (report).


***

Ümid Partiyasının sədri İqbal Ağazadə əmisi oğlunun ölümündən danışıb.


O, bildirib ki, 49 yaşlı əmisi oğlu Abbasov Loğman Xudam oğlunun cənazəsi iş yerinin yaxınlığında tapılıb.


O diqqətə çatdırıb ki, əmisi oğlu uzun müddətdir tikinti sektorunda sahibkar kimi çalışıb: "Loğman Abbasov ürək tutmasından dünyasını dəyişib. Mərhunm iş yerinin yaxınlığında ürək çatışmazlığından dünyasını dəyişib. Ölümündə hər hansı kriminal iz yoxdur" (unikal.org).


Ekspress.az

  • SON XƏBƏR
  • TREND