Aktiv vergi ödəyicilərinin sayı 11,5 % artıb

16.05.2019 14:03
32
Aktiv vergi ödəyicilərinin sayı 11,5 % artıb

Bu il yanvarın 1-nə olan məlumatlarla müqayisədə aprelin 1-i vəziyyətinə ölkədə aktiv vergiödəyicilərinin sayında 11,5 faiz artım qeydə alınıb.


Vergilər Nazirliyinin media və kommunikasiya xidmətindən bildirilib ki, nazirliyin iqtisadi təhlil departamentinin baş direktoru Natiq Şirinov iqtisadçı ekspertlərlə keçirilən dəyirmi masada bu ilin birinci rübündə ƏDV ödəyicilərinin sayında artım təxminən 36,7 faiz olduğunu deyib (Azərtac). Qeydiyyatda olan obyektlərin sayında da 12 faizədək artım müşahidə edilib.


Xatırladaq ki, bu ilin ilk 4 ayında qeydiyyata alınanlarla birgə vergiödəyicilərinin sayı 1 milyon 2 min 865-ə çatıb. Bu dövr ərzində qeydiyyatdan keçən vergiödəyicilərinin sayı isə 36 min 558 olub.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND