Daha bir ispan futbolçu məhkəməlik olub

21.04.2019 11:10
306
Daha bir ispan futbolçu məhkəməlik olub

Madridin "Atletiko" klubunda oynayan Dieqo Kosta ilə bağlı 1,1 milyon avro vergi yayındırdığı iddiası ilə cinayət işi qaldırılıb. Bundan əvvəl İspaniya mətbuatında Madridin İqtisadi Cinayətlər Məhkəməsi tərəfindən Kosta haqqında cinayət işinin açılıb-açılmayacağına dair məlumat yayılmışdı.


Məhkəmə iddiasının Dieqo Kostanın İngiltərənin "Çelsi" klubundan İspaniyanın "Atletiko" Madrid klubuna transfer olunduğu 2014-cü ildə ümumilikdə 1 milyon 117 min 272 avro vergi yayındırması ilə bağlı qaldırıldığı bildirilib. Qeyd edək ki, İspaniyada indiyə qədər vergi qaçaqçılığına görə Lionel Messi, Kriştianu Ronaldu, Radamel Falkao, Angel Di Maria, Xavier Maşerano, Marcelo, Neymar, Fabio Koentrao, Ceymz Rodriqez, Luka Modriç ve Aleksis Sançez kimi dünyanın məşhur futbolçularına cəzalar verilib.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND