Frankofoniya həftələrinin yekun konserti “Bakcell”in dəstəyilə keçirilib

23.04.2019 22:35
144
Frankofoniya həftələrinin yekun konserti “Bakcell”in dəstəyilə keçirilib



Azərbaycanın İlk Mobil Operatoru və Ən Sürətli Mobil İnternet Provayderi Bakcell şirkəti Frankofoniya həftələrinin yekunu olan "Quoi? Où? Quand?" adlı konsert proqramının keçirilməsinə dəstək göstərib. Konsert Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetinin (UFAZ) tələbələrinin iştirakı ilə keçirilib.


Tədbirdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı, Fransanın Azərbaycandakı səfiri Orelia Buşez, Yunanıstanın Azərbaycandakı səfiri Nikolaos Kanellos, Belçika Krallığının Azərbaycandakı səfiri Bert Şufs, “Bakcell” şirkətinin və Fransız Mədəniyyət İnstitutunun nümayəndələri, həmçinin, UFAZ-ın professor-müəllim heyəti və tələbələr iştirak edib.


Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universiteti (UFAZ) ölkənin ən nüfuzlu təhsil ocaqlarından biridir. Frankofoniya günləri və digər tədbirlərin təşkili vasitəsilə UFAZ Fransız dili və mədəniyyətini təşviq edir və tələbələrin bədiilik və musiqi bacarıqlarının artırılmasına öz töhfəsini verir.


Bakcell şirkəti tədbirin sponsoru olaraq Azərbaycan tələbələri və gənclərinə xüsusi diqqət ayırmaqla ölkədə təhsilin inkişafına öz dəstəyini əsirgəmir.


Ekspress.az


  • SON XƏBƏR
  • TREND