Putin məni Moskvaya çağırmadı - Lukaşenko


09.05.2019 15:54
89
Putin məni Moskvaya çağırmadı - Lukaşenko

Moskvada Qələbə gününə həsr edilən hərbi parada qatılmamağımda hansısa konspirologiya axtarmağa ehtiyac yoxdur.


Ekspress.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.


“Əgər Rusiya bizi dəvət etsəydi və biz bundan imtina etsəydik, o zaman Moskvadakı tədbirə heç kim gəlmədi demək olardı. Əvvəla məni Moskvadakı tədbirə dəvət etməmişdilər, ikincisi isə hətta dəvət etsəydilər, o zaman Moskva və Minskdəki tədbirləri ayırmaq çətin olardı. Axı Belarusda da eyni formada keçirilən tədbirə qatılmaya bilmərəm. Əgər mən burada görünməsəydim, o zaman mənə çoxlu sayda suallar yönələrdi. Belaruslar nə deyərdi?”, – deyə o bildirib (axar.az).


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND