Qənirə Paşayeva Əli Əsədovu belə təbrik etdi

08.10.2019 16:58
42
Qənirə Paşayeva Əli Əsədovu belə təbrik etdi

Azərbaycan Milli Məclisi bu gün keçirilən plenar iclasda Əli Əsədovun Baş Nazir vəzifəsinə təyin edilməsinə razılıq verib. Bununla da Əli Əsədov Azərbaycanın yeni Baş Naziri təyin edilib.


Millət vəkili Qənirə Paşayeva Əli Əsədovun Baş Nazir postuna təyin edilməsi ilə bağlı sosial şəbəkədə status yazıb.


"Dəyərli ziyalı, iqtisadiyyat sahəsində yüksək səviyyəli peşəkar və alim Əli Əsədov ölkəmizin yeni Baş Naziri oldu. Əli müəllimi uzun illərdir tanıyıram. Ümummilli Liderimiz Heydər Əliyevin səfərlərində tez-tez iştirak edən jurnalistlərdən biri kimi bu səfərlər çərçivəsində Əli müəllimlə dəfələrlə ölkəmizlə bağlı maraqlı söhbətlərimiz olub. Millət vəkili seçildiyim dövrdən bu yana vətəndaşlarımızı maraqlandıran, narahat edən bəzi məsələlərlə bağlı nə zaman müraciət etsək, diqqətlə dinləyib və həssaslıqla yanaşıb. Əli müəllim sadə və səmimi ziyalıdır. Əli müəllimə Baş Nazir kimi uğurlu fəaliyyət diləyir və təbrik edirik", - deyə Qənirə Paşayeva statusunda qeyd edib. (big)


Ekspress.az

  • SON XƏBƏR
  • TREND