"Bütün şanslarımızı itirdik" - Samir Abasov


20.04.2019 09:18
346
"Bütün şanslarımızı itirdik" - Samir Abasov

"Məncə, bugünkü oyun bütün suallara aydınlıq gətirdi. Çempionatda medalçı yerlərdən birini tutmağa bütün şanslarımızı itirdik. Şansımız yalnız kuboka qalıb. Ona görə əsas futbolçularımıza istirahət vermişdik. Ancaq bu, o demək deyil ki, bura Qəbələyə uduzmağa gəlmişdik. Az oynayanlara baxmaq, siqnalı almaq istəyirdik və bu, yetərincə oldu".


Ekspress.az -ın məlumatına görə, bu sözləri "Zirə"nin baş məşqçisi Samir Abasov Azərbaycan Premyer Liqasının 25-ci turunda "Qəbələ"yə 1:2 hesabı ilə uduzduqları oyundan sonra deyib.


O, hələ kubokda şanslarını qoruduqlarını bildirib: Kimlərlə hara gedəcəyik, kimlərlə yollarımızı ayıracağıq, bu haqda bizə məlumat verdilər (qol.az). Hələ kubok şansımızı qoruyuruq. "Sumqayıt"la çətin oyunlarımız var. Rəqibimiz 1 gün əvvəl oynadı. Üstəlik, biz səfərdə çıxış etdik, hələ yol gedəcəyik".


Ekspress.az