Festivala güləşçilərimiz qələbə ilə başladılar

21.07.2019 11:31
73
Festivala güləşçilərimiz qələbə ilə başladılar

İyulun 21- Heydər Əliyev adına İdmanSarayında Avropa Gənclər OlimpiyaFestivalı (EYOFçərçivəsində güləşyarışlarında pəhləvanlarımız mübarizəyəqələbə ilə başlayıblar.


Ekspress.az xəbər verir ki, A qrupunda rusiyalı güləşçi Eldar Asakayevlə gücünü sınayan təmsilçimiz Murad Haqverdiyev (45 kq) ilk turda qələbə qazanıb.


Qeyd edək ki, yarışların ilk günündə həm sərbəst, həm də yunan-Roma güləşi üzrə 45 və 55 kiloqram çəki dərəcələrində qarşılaşmalar keçirilir. Sərbəst güləş üzrə A qrupunda birinci turda Murad Haqverdiyevlə yanaşı, digər güləşçimiz Əbülfəz Nəsirov (55 kq) səkkizdəbir finalda Harvey Ridinqsla (Böyük Britaniya) mübarizə aparır. Yunan-Roma güləşi üzrə təsnifat mərhələsində təmsilçimiz Fərid Sadıxlı Andrea Martino (İtaliya), səkkizdəbir finalda Nihat Məmmədli Olivye Şkripçakla (Polşa) güləşəcək.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND