"Notr-Dam-de-Pari" kilsəsi üçün toplanan ianələrin məbləği 1 milyard avroya çatıb

17.04.2019 12:29
286
"Notr-Dam-de-Pari" kilsəsi üçün toplanan ianələrin məbləği 1 milyard avroya çatıb

Güclü yanğından zərər görən "Notr-Dam-de-Pari" kilsəsinin bərpası üçün toplanan ianələrin miqdarı 1 milyard avroya çatıb.


Bu barədə TASS xəbər verir.


Vəsait əsasən böyük şirkətlərdən və iş adamlarından, eləcə də Fransa Mədəniyyət Nazirliyi tərəfindən seçilmiş dörd ictimai fonddan daxil olur. Qurum rəhbəri Frank Riester "Twitter" səhifəsində kilsənin bərpası üçün maliyyə yardımının göstəriləcəyi internet portalın açıldığını bildirib (report).


Xatırladaq ki, aprelin 15-də "Notr-Dam-de-Pari" kilsəsində yanğın baş verib və kilsə üzərindəki uzun qüllənin bir hissəsi aşıb, həmçinin məbədin saatı yanaraq məhv olub. Fransa Daxili İşlər Nazirliyi yanğından sonra kilsənin bərpasının çətin olacağını açıqlayıb. Öz növbəsində Fransa Prezidenti Emmanuel Makron kilsənin bərpa edilərək yenidən əvvəlki vəziyyətə qaytaracaqlarına söz verib.


Qeyd edək ki, 10 saatdan çox davam edən yanğını gecə yarısından sonra söndürmək mümkün olub. İlkin məlumatlara görə, yanğına kilsənin yuxarı səviyyələrində aparılan təmir işləri səbəb olub. 


Ekspress.az

  • SON XƏBƏR
  • TREND