Özəlləşdiriləcək 140-dan çox dövlət müəssisəsinin borcu silinəcək

15.04.2019 13:06
103
Özəlləşdiriləcək 140-dan çox dövlət müəssisəsinin borcu silinəcək

Ölkə başçısının 2019-cu il martın 5-də imzaladığı “Özəlləşdiriləcək dövlət əmlakının (müəssisələrinin) 2019-cu il 1 mart tarixinə mövcud olan əmlak və torpaq vergiləri üzrə borclarının tənzimlənməsi haqqında” Qanunu əmlak idarəçiliyi sahəsində atılan ən böyük islahat xarakterli addımlardan biridir.


Bu haqda Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) sədri Kərəm Həsənov ƏMDK-də keçirilən müşavirədə danışıb. Komitə sədri vurğulayıb ki, Qanun özəlləşdiriləcək dövlət müəssisələrinin sağlamlaşdırılması və onların borclarının tənzimlənməsi məqsədi daşıyır:


"Bu qanun nəticəsində 140-dan çox özəlləşdiriləcək dövlət əmlakının (müəssisələrinin) 2019-cu il 1 mart tarixinə mövcud olan əmlak və torpaq vergiləri üzrə borcları silinəcək. Bu da təqribi hesablamalara görə 12 milyon manatdan artıq vəsait edir".


Ekspress.az

  • SON XƏBƏR
  • TREND