Könüllü vergi ödənişləri nəzərəçarpacaq dərəcədə artıb - NAZİR

16.05.2019 22:12
97
Könüllü vergi ödənişləri nəzərəçarpacaq dərəcədə artıb - NAZİR

"Azərbaycanda bu ilin əvvəlindən tətbiq olunan yeni vergi qanunvericiliyi könüllü vergi ödəmələrini nəzərəçarpacaq dərəcədə artırıb".


Bunu AzTV-nin "Günün nəbzi" verilişində vergilər naziri Mikayıl Cabbarov bildirib.


"Son nəticədə vergi daxilolmaları proqnozu üstələyir. Əgər bu ilin I rübünün yekununda proqnoz tapşırığında nəzərdə tutulandan 150 milyon manat çox vergi toplanmışdısa, ilin ilk 4 ayı üzrə əlavə yığım 200 milyon manat olub (report). Bu da vergi yükünün azaldılması, vergi ödəyicilərə eyni yanaşılması, qanunda nəzərdə tutulan vergi güzəştlərinin tam həcmdə tətbiq edilməsi ilə bağlıdır", - deyə nazir qeyd edib.

  • SON XƏBƏR
  • TREND