Pakistanın sabiq prezidenti həbs olunub


10.06.2019 18:35
104
Pakistanın sabiq prezidenti həbs olunub

Pakistanın hüquq-mühafizə orqanları saxta bank hesablarından istifadə etməkdə şübhəli bilinən ölkənin keçmiş prezidenti və Pakistan Xalq Partiyasının həmsədri Asif Əli Zərdarini həbs edib.


Ekspress.az xəbər verir ki, məhkəmə girov müddətinin artırılmasını və bununla da azadlıqda qalmağı istəyən sabiq prezident və bacısı Faryal Talpurun apelyasiya şikayətini rədd edib.


Məlumata görə, siyasətçi həbsi ilə bağlı çıxarılmış orderdən Ali Məhkəməyə şikayət edə bilər.


Xatırladaq ki, Asif Əli Zərdari 2008-ci ildən 2013-cü ilədək Pakistanın dövlət başçısı olub. O, 2007-ci ildə kamikadzenin hücumu nəticəsində ölən Bənazir Bhutto (iki dəfə ölkənin baş naziri olub) ilə evli olub.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND