Avropa İnvestisiya Bankı Azərbaycana 96 milyon avro vəsait ayırıb


12.07.2019 10:40
103
Avropa İnvestisiya Bankı Azərbaycana 96 milyon avro vəsait ayırıb

Avropa İnvestisiya Bankı (AİB) son 10 ildə Azərbaycana 96 milyon avro vəsait ayırıb.


Ekspress.az xəbər verir ki, bu barədə AİB-in Batumidə keçirilən “Şərq tərəfdaşlığı” üzrə Birinci İnvestisiya Forumu çərçivəsində yayılan nəşrində bildirilib.


Nəşrdə qeyd olunub ki, bu vəsaitin 25 milyon avrosu Azərbycanda kiçik və orta sahibkarlığa aid layihələrin maliyyələşdirilməsinə yönəldilib. Maliyyə vəsaiti özəl sektorun inkişafı, iş yerlərinin yaradılması və ölkədə yaşayış standartlarının yüksəldilməsinə dəstək verir.


2009-cu ildən etibarən AİB “Şərq tərəfdaşlığı” ölkələri arasında ən az vəsaiti Azərbaycana, ən çoxunu isə 5 529 milyon avro olmaqla Ukraynaya ayırıb.


2009-2018-ci illərdə bankın “Şərq tərəfdaşlığı”na üzv ölkələrə ayırdığı kredit vəsaitlərinin 35%-i nəqliyyat, 31%-i isə kiçik və orta biznes sahəsinə yönəldilib.


“Şərq tərəfdaşlığı” proqramı yaradılandan AİB bölgədə 96 layihəyə dəstək məqsədilə, ümumilikdə, 8 800 milyon avro vəsait ayırıb (report).


Ekspress.az

  • SON XƏBƏR
  • TREND