Elektrik avadanlıqlarının istehsalı 24 faiz artıb

16.03.2019 19:13
79
Elektrik avadanlıqlarının istehsalı 24 faiz artıb

2019-cu ilin yanvar-fevral ayında kompüter, elektron və optik məhsulların, elektrik avadanlıqlarının istehsalı sahələrində 33,8 milyon manatlıq məhsul istehsal olunub.


Dövlət Statistika Komitəsinin məlumatına əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə kompüter, elektron və optik məhsulların istehsalı 37,8 faiz artıb, elektrik avadanlıqlarının istehsalı isə 24 faiz azalıb.


Əvvəlki ilin müvafiq dövrünə nisbətən 1 kilovatdan çox gərginlik üçün elektrik cərəyanı naqillərinin istehsalı 2,1 dəfə artıb, məişət soyuducularının istehsalı 48,5 faiz azalıb.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND