Rusiyadan gələn turistlərin sayı artıb

20.03.2019 19:45
132
Rusiyadan gələn turistlərin sayı artıb

2018-ci ildə Rusiyadan Azərbaycana olan turist səfərlərinin sayı 2 faiz artıb.


Bu barədə "TurStat" analitik agentliyindən bildiriblər. Məlumata əsasən, turist səfərlərinin sayı 748 minə yüksəlib (trend).


Agentlik tərəfindən təqdim edilən Rusiya turistlərinin səfər etdiyi xarici ölkələrin reytinqində ölkəmiz 17-ci yerdə qərarlaşıb.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND