Azərbaycan iqtisadiyyatı 2,2% böyüyüb


19.06.2019 13:58
94
Azərbaycan iqtisadiyyatı 2,2% böyüyüb

Bu ilin yanvar-may aylarında ölkədə 30 608,7 mln manatlıq və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 2,2% çox ümumi daxili məhsul istehsal edilib.


Dövlət Statistika Komitəsindən Ekspress.az -a verilən məlumata görə, ÜDM istehsalının 46%-i sənayenin, 9,9%-i ticarət, nəqliyyat vasitələrinin təmiri, 6,4%-i nəqliyyat və anbar təsərrüfatı sahələrinin, 5,9%-i tikintinin, 3,7%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,6%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8%-i informasiya və rabitə sahələrinin, 14,4%-i digər sahələrin payına düşüb, məhsula və idxala xalis vergilər ÜDM-in 9,3%-ini təşkil edib (report). Əhalinin hər nəfərinə düşən ÜDM 3 099,0 manata bərabər olub.


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND