Bakı metrosunda gənc hər kəsə ŞOK YAŞATDI - O, saxlanılıb

24.05.2019 10:28
179
Bakı metrosunda gənc hər kəsə ŞOK YAŞATDI - O, saxlanılıb

Səhər saatlarında Bakı metrosunun “Koroğlu” stansiyasında həyəcanlı anlar yaşanıb.


Ekspress.az xəbər verir ki, gənc oğlan anidən qatar yoluna düşüb. 


Hadisə şahidlərinin verdiyi məlumata görə, sərnişin tunelə qatar stansiyaya çatdığı vaxt düşüb. Amma maşinist qatarı platformaya daxil olmamış saxlayıb (missiya.az).


Hadisəni Metropolitenin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov da təsdiqləyib. Onun sözlərinə görə, sərnişinlərdən birinin telefonu tunelə düşüb:


“Sərnişin telefonunu qatar yolundan götürmək üçün ora düşüb. Həmin şəxs qatar yoluna icazəsiz düşdüyü üçün polisə təhvil verilib”.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND