Cüneyt Çakır Çempionlar Liqasına təyinat alıb

15.04.2019 14:35
118
Cüneyt Çakır Çempionlar Liqasına təyinat alıb

Türkiyəli FIFA referisi Cüneyt Çakır UEFA-dan yeni təyinat alıb.


43 yaşlı hakim Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda keçiriləcək İngiltərə komandaları "Mançester Siti" və "Tottenhem"in matçını idarə edəcək (report). Onun köməkçiləri Bahattin Duran və Tarık Onqun olacaq. Dördüncü hakim funksiyasını isə portuqaliyalı Artur Dias yerinə yetirəcək.


Qeyd edək ki, Mançester şəhərindəki görüş aprelin 17-də Bakı vaxtı saat 23:00-da başlayacaq. Londondakı matçda "Tottenhem" minimal hesablı qələbə qazanıb - 1:0. 


Bu mərhələdəki "Barselona" (İspaniya) - "Mançester Yunayted" (ilk oyun 1:0) qarşılaşmasını almaniyalı Feliks Brıx, "Yuventus" (İtaliya) - "Ayaks" (Hollandiya) oyununu (ilk oyun 1:1), fransalı Klement Turpin, "Portu" (Portuqaliya) - "Liverpul" (İngiltərə) (ilk oyun 0:2) duelini isə Hollandiyadan olan Danni Makkeli idarə edəcək. 


Ekspress.az


  • SON XƏBƏR
  • TREND