"Məşqə gəlib, şəkil çəkdirirlər ki, trenddən geri qalmasınlar"

25.06.2019 16:09
122
"Məşqə gəlib, şəkil çəkdirirlər ki, trenddən geri qalmasınlar"

Müğənni Zamiq Hüseynov "Foto+" verilişinin qonağı olub.


Ekspress.az bildirir ki, sənətçi proqramda qeyd edib ki, musiqidən əlavə qalan vaxtlarının çox hissəsini idman zallarında keçirir.


Sənətçi iki ilə yaxındır ki, müntəzəm olaraq fitnes ilə məşğul olur:


"İdman həyatımın ayrılmaz bir hissəsidir. İş qrafikimi elə tənzimləyirəm ki, hər gün saat 13:00 - 15:00 kimi məşq edə bilim. İdman etməyəndə özümü çox yorğun hiss edirəm. Səfərə çıxan zamanda baxıram ki, qaldığım mehmanxananın idman zalı olsun. Yaxşı ki, fitnes var. Yoxsa daha tez qocalardım. Çalışdığım qədər zərərli vərdişlərdən uzaq dururam. Siqarət çəkmirəm, spirtli içki isə arada qəbul edirəm (axşam.az). Həmkarlarımın çoxu 1 ay məşqə gəlirlər, şəkil çəkdirirlər ki, trenddən geri qalmasınlar".


Qeyd edək ki, Zamiqlə birgə verilişdə həndbolçular Mədinə-Səkinə Musayeva bacıları da iştirak edib.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND