Yığmamız Avropa Gənclərinin Olimpiya Festivalına Göygöldə hazırlaşır

05.07.2019 11:43
168
Yığmamız Avropa Gənclərinin Olimpiya Festivalına Göygöldə hazırlaşır

  

İyulun 21-də Bakıda Avropa Gənclərinin Olimpiya Festivalı (EYOF) start götürəcək.

Trend-in məlumatına görə, ötən ay İtaliyanın Faenza şəhərində keçirilmiş Avropa çempionatından sonra demək olar ki, fasilə verməyən yeniyetmələrdən ibarət yığmalarımız EYOF üçün son təlim-məşq toplanışına başlayıb. Yunan-Roma güləşçilərimiz iyunun 26-dan Göygöldə hazırlıq keçir. Yerli Olimpiya İdman Kompleksində böyük məşqçi Taleh İsrafilov və məşqçilər Nazim Əhmədovla Rasim Ağayevin rəhbərliyi altında 22 güləşçi toplanışda iştirak edir.


Qeyd edək ki, sərbəst güləş üzrə müvafiq yığmamız bu gün Xaçmaz Olimpiya İdman Kompleksində təlim-məşq toplanışına başlayıb. Yeniyetmə qızlar isə festivala hazırlığı paytaxtda davam etdirir.