Gürcüstan ABŞ-la birbaşa hava əlaqəsi qurmağı planlaşdırır


13.06.2019 09:12
87
Gürcüstan ABŞ-la birbaşa hava əlaqəsi qurmağı planlaşdırır

Gürcüstan və ABŞ iki ölkə arasında birbaşa uçuşların başlanması üzərində intensiv iş aparır.


Ekspress.az xəbər verir ki, bunu Gürcüstanın baş naziri Mamuka Baxtadze Vaşinqtona səfəri zamanı deyib.


"Hər gün Gürcüstana Asiya, Avropa və Yaxın Şərq ölkələrindən 100-dən çox birbaşa reys həyata keçirilir və biz Gürcüstanla ABŞ arasında birbaşa uçuşların başlanması üzərində çox intensiv işləyirik", - deyə Baxtadze bildirib (report).


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND