Həm­rəy­lik gü­nü mil­li bir­lik, Və­tə­nə bağ­lı­lıq hiss­lə­ri­ni özün­də tə­cəs­süm et­di­rir

27.12.2018 19:29
1024
Həm­rəy­lik gü­nü mil­li bir­lik, Və­tə­nə bağ­lı­lıq hiss­lə­ri­ni özün­də tə­cəs­süm et­di­rir

Azər­bay­can­lı­lar mi­nil­lik­lər bo­yu öz­lə­ri­nin ta­ri­xi tor­pa­ğı olan Azər­bay­can əra­zi­sin­də ya­şa­ya­raq, bə­şər si­vi­li­za­si­ya­sı­na bö­yük töh­fə­lər ve­rib­lər. Mü­ha­ri­bə­lər, in­qi­lab­lar, hər­bi mü­na­qi­şə­lər, dün­ya­da ge­dən ic­ti­mai-si­ya­si pro­ses­lər nə­ti­cə­sin­də Azər­bay­can par­ça­la­nıb, azər­bay­can­lı­la­rın bir qis­mi yurd-yu­va­la­rın­dan di­dər­gin sa­lı­nıb, de­por­ta­si­ya­la­ra mə­ruz qa­lıb, iş tap­maq, təh­sil al­maq məq­sə­di ilə doğ­ma Və­tə­ni tərk edə­rək baş­qa öl­kə­lər­də məs­kun­la­şıb­lar. Ha­zır­da dün­ya­nın hər ye­rin­də azər­bay­can­lı­lar ya­şa­yır­lar.


Dün­ya Azər­bay­can­lı­la­rı­nın Həm­rəy­lik Gü­nü­nün əsa­sı 1989-cu il de­kab­rın axır­la­rın­da Nax­çı­van­da sər­həd­lə­rin (SSRİ-İran sər­həd­lə­ri) da­ğıl­ma­sı za­ma­nı qo­yul­du. Şi­ma­li və Cə­nu­bi Azər­bay­can ara­sın­da­kı sər­həd di­rək­lə­ri da­ğı­dıl­dı. Bu vaxt İs­tan­bul­da türk­dil­li xalq­la­rın Konf­ran­sı ke­çi­ri­lir­di. Konf­rans­da dün­ya azər­bay­can­lı­la­rı­nın həm­rəy­li­yi­nin qeyd olun­ma­sı­na qə­rar ver­di (wikiredia.org).

1991-ci il de­kab­rın 16-da Nax­çı­van Mux­tar Res­pub­li­ka­sı Ali Məc­li­si­nin Hey­dər Əli­ye­vin sədr­li­yi ilə ke­çən ic­la­sın­da 31 de­kab­rın dün­ya azər­bay­can­lı­la­rı­nın həm­rəy­lik bay­ra­mı ki­mi qeyd olun­ma­sı ba­rə­də qə­rar qə­bul edi­lib. Ali Məc­lis bu­nun­la bağ­lı qa­nun­ve­ri­ci­lik ak­tı­nın qə­bul olun­ma­sı üçün öl­kə par­la­men­ti­nə - Ali So­ve­tə mü­ra­ci­ət edib. De­kab­rın 25-də Azər­bay­can Res­pub­li­ka­sı Ali So­ve­ti­nin Mil­li Şu­ra­sı mü­ra­ciə­ti nə­zə­rə ala­raq, de­kab­rın 31-nin Dün­ya Azər­bay­can­lı­la­rı­nın Həm­rəy­lik Gü­nü elan olun­ma­sı ba­rə­də qa­nun qə­bul edib.


2001-ci il no­yab­rın 9-10-da Ba­kı­da Dün­ya Azər­bay­can­lı­la­rı­nın I Qu­rul­ta­yı ke­çi­ri­lib. Qu­rul­tay soy­daş­la­rı­mı­zın mil­li mən­lik şüu­ru­nun güc­lən­mə­si­nə, müx­tə­lif öl­kə­lər­də azər­bay­can­lı ic­ma­la­rı­nın mü­tə­şək­kil­li­yi­nin və fə­al­lı­ğı­nın art­ma­sı­na tə­sir gös­tə­rib. Bu, öl­kə­nin ic­ti­mai-si­ya­si hə­ya­tın­da ye­ni bir hə­rə­kat, döv­lət si­ya­sə­ti­nin ye­ni bir is­ti­qa­mə­ti idi. Hə­min qu­rul­tay­da Ulu Ön­də­rin bö­yük if­ti­xar­la söy­lə­di­yi "Mən hə­mi­şə fəxr et­mi­şəm, bu gün də fəxr edi­rəm ki, mən azər­bay­can­lı­yam!" kə­la­mı isə dil­lər əz­bə­ri­nə çev­ri­lib.


Qu­rul­tay­dan son­ra ümum­mil­li li­der Hey­dər Əli­ye­vin 2002-ci il 5 iyul ta­rix­li Fər­ma­nı ilə xa­ric­də­ki soy­daş­la­rı­mız­la əla­qə­lə­rin ge­niş­lən­di­ril­mə­si və in­ki­şaf et­di­ril­mə­si məq­sə­di­lə Xa­ri­ci Öl­kə­lər­də Ya­şa­yan Azər­bay­can­lı­lar­la İş üz­rə Döv­lət Ko­mi­tə­si­nin (ha­zır­da Di­as­por­la İş üz­rə Döv­lət Ko­mi­tə­si) ya­ra­dıl­ma­sı, hə­min il de­kab­rın 27-də isə soy­daş­la­rı­mız­la bağ­lı döv­lət si­ya­sə­ti haq­qın­da Qa­nu­nun qə­bul edil­mə­si dün­ya azər­bay­can­lı­la­rı­nın mil­li bir­li­yi və təş­ki­lat­lan­ma­sı pro­se­si­ni da­ha da güc­lən­di­rib (AZƏR­TAC). Dün­ya azər­bay­can­lı­la­rı­nın mil­li bir­li­yi­nin ideo­lo­qu, təb­li­ğat­çı­sı və təş­ki­lat­çı­sı olan Ulu Ön­də­ri­miz xa­ri­ci döv­lət­lə­rə sə­fər­lə­ri za­ma­nı proq­ra­mı­nın zən­gin­li­yi­nə, iş gü­nü­nün gər­gin­li­yi­nə bax­ma­ya­raq hə­min öl­kə­lər­də ya­şa­yan, fəa­liy­yət gös­tə­rən həm­və­tən­lə­ri­miz­lə gö­rüş­lə­rə də müt­ləq vaxt ayı­rır, on­la­rın prob­lem və qay­ğı­la­rı ilə ya­xın­dan ma­raq­la­nır, da­ha sıx təş­ki­lat­lan­ma­la­rı üçün də­yər­li töv­si­yə­lər ve­rir­di.


Yo­rul­maz fəa­liy­yə­ti ilə Hey­dər Əli­yev si­ya­si fəl­sə­fə­si­nə, onun li­der­lik mək­tə­bi­nə söy­kə­nən Pre­zi­dent İl­ham Əli­yev Ulu Ön­də­rin bu sa­hə­də­ki xid­mət­lə­ri­ni uğur­la da­vam et­di­rir. Döv­lə­ti­mi­zin baş­çı­sı­nın "Dün­ya azər­bay­can­lı­la­rı­nın II qu­rul­ta­yı­nın ke­çi­ril­mə­si haq­qın­da" 2006-cı il 8 fev­ral ta­rix­li Sə­rən­ca­mı­na uy­ğun ola­raq, hə­min il mar­tın 16-da Ba­kı­da ke­çi­ri­lən növ­bə­ti mö­tə­bər top­lan­tı xa­ric­də ya­şa­yan azər­bay­can­lı­la­rın di­as­por­dan lob­bi­yə çev­ril­mə­si is­ti­qa­mə­tin­də ye­ni ad­dım ol­muş, öl­kə­miz­lə bağ­lı hə­qi­qət­lə­rin dün­ya ic­ti­ma­iy­yə­ti­nə çat­dı­rıl­ma­sı işin­də əhə­miy­yət­li rol oy­na­dı.

Di­as­po­ru­mu­zun təş­ki­lat­lan­ma­sı pro­se­si bu gün da­ha sü­rət­lə ge­dir. Dün­ya Azər­bay­can­lı­la­rı­nın I qu­rul­ta­yın­da ya­ra­dıl­mış Əla­qə­lən­dir­mə Şu­ra­sı­nın 2008-ci il de­kab­rın 18-də Ba­kı­da ke­çi­ril­miş ic­la­sı, top­lan­tı­da "Dün­ya Azər­bay­can­lı­la­rı­nın Xar­ti­ya­sı"nın qə­bu­lu bir­lik və mü­tə­şək­kil­li­yi­nin art­ma­sı, ta­ri­xi Və­tən­lə əla­qə­lə­ri­nin möh­kəm­lən­mə­si, di­as­por po­ten­sia­lı­nın möh­kəm ami­lə çev­ril­mə­si­ni gös­tər­mək­lə ya­na­şı, müs­tə­qil Azər­bay­ca­nın bü­tün dün­ya azər­bay­can­lı­la­rı üçün ca­zi­bə mər­kə­zi ol­du­ğu­nu da bir da­ha təs­diq­lə­yib.


Həm­rəy­lik gü­nü mil­li bir­lik, Azər­bay­ca­na mə­həb­bət, mil­li-mə­nə­vi də­yər­lə­ri­mi­zə hör­mət, Və­tə­nə bağ­lı­lıq hiss­lə­ri­ni özün­də tə­cəs­süm et­di­rir.


Döv­lə­ti­mi­zin di­as­por si­ya­sə­ti, həm­və­tən­lə­ri­mi­zin bir­lik və həm­rəy­li­yi­nin möh­kəm­lən­di­ril­mə­si, on­la­rın da­ha mü­tə­şək­kil for­ma­da təş­ki­lat­lan­ma­sı pro­se­si özü­nün ye­ni mər­hə­lə­si­nə qə­dəm qo­yub. Ar­tıq dün­ya azər­bay­can­lı­la­rı ya­şa­dıq­la­rı öl­kə­lə­rin so­si­al-iq­ti­sa­di, ic­ti­mai-si­ya­si və mə­də­ni hə­ya­tın­da da­ha fə­al rol oy­na­yır, res­pub­li­ka­mız­la qar­şı­lıq­lı əla­qə­lə­rin ge­niş­lən­mə­si­nə bö­yük töh­fə ve­rir, Azər­bay­can hə­qi­qət­lə­ri­nin dün­ya ic­ti­ma­iy­yə­ti­nə çat­dı­rıl­ma­sın­da, zən­gin mə­də­ni ir­si­mi­zin təb­li­ğin­də, tə­ca­vüz­kar er­mə­ni dai­rə­lə­ri­nin ideo­lo­ji təx­ri­bat­la­rı­nın qar­şı­sı­nın alın­ma­sın­da qə­tiy­yət nü­ma­yiş et­di­rir­lər.


Di­as­por­la İş üz­rə Döv­lət Ko­mi­tə­si­nin səd­ri Fu­ad Mu­ra­dov "yap.org"a mü­sa­hi­bə­sin­də bil­di­rib ki, müa­sir dövr­də di­as­por an­la­yı­şı bey­nəl­xalq mü­na­si­bət­lə­rin va­cib ele­ment­lə­rin­dən bi­ri­nə çev­ri­lib. Ye­ni dün­ya dü­zə­ni və qlo­bal­laş­ma pro­ses­lə­ri di­as­por si­ya­sə­ti­nin ta­ri­xi məz­mu­nu­nu də­yiş­mək­də­dir. İn­di di­as­por­lar yal­nız mü­əy­yən bir döv­lə­tin əra­zi­sin­də məs­kun­laş­mış ey­ni mil­li mən­su­biy­yət­li in­san­la­rın ya­rat­dıq­la­rı ic­ti­mai hə­rə­kat və ya bir­lik ki­mi nə­zər­dən ke­çi­ril­mir, on­lar həm də təm­sil et­dik­lə­ri xal­qın mil­li ma­raq­la­rı­nın fə­al mü­da­fiə­çi­si ki­mi ta­nı­nır. "Di­as­por təş­ki­lat­la­rı fəa­liy­yət gös­tər­dik­lə­ri öl­kə­lə­rin ic­ti­mai-si­ya­si hə­ya­tı­nın va­cib kom­po­nen­ti­nə çev­ri­lir, xa­ri­ci si­ya­sə­tə tə­sir im­kan­la­rı əl­də edir, döv­lət­lər ara­sın­da mü­na­si­bət­lə­rin in­ki­şa­fın­da mü­hüm rol oy­na­yır. Di­as­por­la­rın döv­lət­lər ara­sın­da­kı mü­na­si­bət­lə­rə tə­si­ri on­la­rın da­xi­li ma­hiy­yə­ti, özü­nə­məx­sus xa­rak­te­ri, konk­ret bir mə­də­niy­yə­tin da­şı­yı­cı­sı ol­ma­sı, təm­sil et­di­yi mil­lə­tin, xal­qın, ya­xud et­no­sun ta­ri­xi mə­na­fe­lə­ri­ni ifa­də et­mə­si ilə bi­la­va­si­tə bağ­lı­dır. Çün­ki dün­ya­nın han­sı öl­kə­sin­də ya­şa­ma­sın­dan ası­lı ol­ma­ya­raq hər bir xal­qın di­as­po­ru yal­nız özü­nün hü­quq və azad­lıq­la­rı­nın qo­run­ma­sı­na ça­lış­mır, həm də mil­li mə­də­ni ir­si­ni təb­liğ et­mə­yə, ta­ri­xi Və­tə­ni haq­qın­da rəy for­ma­laş­dır­ma­ğa, onun ri­fa­hı və in­ki­şa­fı­na dəs­tək ol­ma­ğa səy gös­tə­rir. Bu, ic­ma və bir­lik­lə­rin əha­tə­sin­də ol­du­ğu xa­ri­ci mü­hi­tin tə­si­ri al­tın­da for­ma­laş­mır, di­as­po­run özü­nə­məx­sus key­fiy­yə­ti olub onun men­ta­li­te­ti­nin, ta­ri­xi yad­da­şı­nın, mil­li şüu­ru­nun, "mil­li mən­lik" qü­ru­ru­nun tə­za­hü­rü ki­mi özü­nü gös­tə­rir".


Ko­mi­tə səd­ri­nin de­di­yi­nə gö­rə, dün­ya­nın mov­cud di­as­por ənə­nə­lə­ri gös­tə­rir ki, bu bir­lik­lə­rin fəa­liy­yə­ti yal­nız mil­li-mə­nə­vi və mə­də­ni də­yər­lə­rin qo­run­ma­sı və mil­li var­lı­ğın təs­di­qi dai­rə­si ilə məh­dud­laş­mır. Öl­kə­sin­dən kə­nar­da ya­şa­yan mil­li ic­ma­la­rın si­ya­si-iq­ti­sa­di mə­na­fe­lər ba­xı­mın­dan öz döv­lə­ti­nin və xal­qı­nın ma­raq­la­rı­na xid­mət et­mə­si, döv­lət­lə­ra­ra­sı mü­na­si­bət­lə­rə tə­sir gös­tər­mə­si də va­cib fak­tor ki­mi bey­nəl­xalq si­ya­sət­də ak­tiv şə­kil­də tət­biq edil­mək­də­dir.


Azər­bay­can döv­lət müs­tə­qil­li­yi­ni bər­pa et­dik­dən son­ra di­as­por qu­ru­cu­lu­ğu döv­lət si­ya­sə­ti­nin prio­ri­tet is­ti­qa­mət­lə­rin­dən bi­ri­nə çev­ril­di. Döv­lət müs­tə­qil­li­yi­ni əl­də et­dik­dən son­ra,Azər­bay­can qı­sa vaxt­da mil­li döv­lət qu­ru­cu­lu­ğu, iq­ti­sa­di, de­mok­ra­tik in­ki­şaf, bey­nəl­xalq aləm­də tut­du­ğu möv­qe­yi­nə gö­rə re­gio­nun li­der döv­lə­ti­nə çev­ril­di. Bu in­ki­şaf həm də Azər­bay­can di­as­po­ru­nun ya­ran­ma­sı, onun for­ma­laş­ma­sı, təş­ki­lat­lan­ma­sı, mü­tə­şək­kil qüv­və­yə çev­ril­mə­si­nə şə­ra­it ya­rat­dı. Əl­də edil­miş nai­liy­yət­lər, ey­ni za­man­da dün­ya azər­bay­can­lı­la­rı ara­sın­da həm­rəy­li­yin güc­lən­mə­si, öl­kə­mi­zin mil­li ma­raq­la­rı ət­ra­fın­da sıx bir­ləş­mə­si üçün güc­lü zə­min for­ma­laş­dır­dı".


Bu gün di­as­por qu­ru­cu­lu­ğu sa­hə­sin­də döv­lə­ti­mi­zin apar­dı­ğı ar­dı­cıl si­ya­sət, öl­kə baş­çı­sı­nın tap­şı­rıq­la­rı­na uy­ğun ola­raq hər bir mü­əy­yən dövr üçün tət­biq edi­lən ye­ni proq­ram­lar öz bəh­rə­si­ni ve­rir. Gö­rü­lən ar­dı­cıl təd­bir­lər, döv­lət tə­rə­fin­dən iş­lə­nib ha­zır­la­nan konk­ret stra­te­ji is­ti­qa­mət­lər həm­və­tən­lə­ri­mi­zin məs­kun­laş­dıq­la­rı öl­kə­lə­rin cə­miy­yət­lə­rin­də möv­qe­lə­ri­ni ge­niş­lən­dir­mə­yə im­kan ya­ra­dır. Azər­bay­ca­nın dün­ya­ya ta­nı­dıl­ma­sı­na, zən­gin mə­də­niy­yə­ti­mi­zin təb­li­ği­nə və­si­lə for­ma­laş­dı­rı­lır, bə­zi an­ti­mil­li qüv­və­lə­rin döv­lə­ti­miz və xal­qı­mız əley­hi­nə yö­nəl­miş məkr­li plan­la­rı­na qar­şı tə­sir­li təd­bir­lə­rin gö­rül­mə­si nə­ti­cə­lə­ri­ni ve­rir. Di­as­por təş­ki­lat­la­rı­mız bun­dan son­ra da səy­lə­ri­ni ar­tır­ma­lı, Ko­mi­tə­nin ha­zır­la­dı­ğı ye­ni yol xə­ri­tə­si­nə uy­ğun Azər­bay­ca­nın mü­va­fiq döv­lət qu­rum­la­rı və xa­ri­ci öl­kə­lər­də­ki dip­lo­ma­tik nü­ma­yən­də­lik­lə­ri ilə əmək­daş­lıq şə­rai­tin­də da­ha məq­səd­yön­lü və çe­vik fəa­liy­yət gös­tər­mə­li­dir­lər.


Mu­rad MƏM­MƏD­Lİ

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunur

  • SON XƏBƏR
  • TREND