• 15 °C Bakı
  • 13 °C Quba
  • 11 °C Gəncə
  • 11 °C Yevlax
  • 7 °C Naxçıvan

Güləş üzrə Avropa çempionatı başa çatıb, Azərbaycan 3-cü yeri tutub

10.04.2019 23:05
240
Güləş üzrə Avropa çempionatı başa çatıb, Azərbaycan 3-cü yeri tutub

Azərbaycanın sərbəst güləş yığması Rumıniyanın paytaxtı Buxarestdəki Avropa çempionatını ümumi komanda hesabında 3-cü yerdə başa vurub.


Saypulla Absaidovun baş məşqçi olduğu kollektiv 145 xal toplayıb. Rusiya 162 xalla 1-ci, Türkiyə 156 xalla 2-ci yeri tutub.


Lakin ən çox qızıl medalı hərəyə 3 dəfə Azərbaycan və Türkiyə qazanıb. Rusiya 2, İtaliya və Ermənistan isə 1 qızıl medala sahib olub.


Qeyd edək ki, Avropa çempionatında Azərbaycan sərbəst güləşçiləri 6 medal qazanıblar. Hacı Əliyev (65 kq), Cəbrayıl Həsənov (79 kq) və Şərif Şərifov (92 kq) qızıl, Ağahüseyn Mustafayev (70 kq) gümüş, Mahir Əmiraslanov (57 kq) və Nurməhəmməd Hacıyev (97 kq) bürünc medala sahib olub. Əvəzində Hacımurad Hacıyev (74 kq) və Murad Süleymanov (86 kq) bürünc medal uğrunda görüşdə uduzaraq, 5-ci yerlə kifayətləniblər (report). Əsgər Məmmədəliyev (61 kq) və Seyid Məhəmmədrza Azərşakib (125 kq) isə elə ilk görüşdə məğlub olublar və mübarizəni dayandırıblar.


Ekspress.az

  • SON XƏBƏR
  • TREND