Ən təhlükəli viruslarının olduğu noutbuk 1,3 milyon dollara satılıb


29.05.2019 09:15
223
Ən təhlükəli viruslarının olduğu noutbuk 1,3 milyon dollara satılıb

Dünyanın ən təhlükəli kompüter viruslarının olduğu noutbuk incəsənət-obyekti kimi 1,3 milyon dollara satılıb.


Ekspress.az xəbər verir ki, hərrac rəssam Quo o Donqun "Persistence of Chaos" layihəsinin saytında translyasiya edilib.


Qeyd edilir ki, 6 zərərverici proqrama malik "Samsung NC10-14GB" 10,2 düymlüdür. 2008-ci ildə istehsal edilmiş kompüterin virusları arasında "SoBig", "WannaCry" və "DarkTequila" kimi təhlükəli proqramlar olub.


Kompüteri Nyu-Yorkdan olan alıcı alıb. Təhlükəli proqramların vura biləcəyi zərər bütün dünya üzrə 95 milyard dollar məbləğində qiymətləndirilir.


Kompyuterdəki "WannaCry" virusu 2017-ci ilin mayında 150 ölkədən olan adi istifadəçilərin kompüterlərinə və şirkətlərin serverlərinə yayılıb.


Qeyd edilir ki, hazırda satış dayandırılıb. Mayın 28-də layihənin saytındakı sifariş bölümünü doldurmaqla və pay yerləşdirməklə hərracın iştirakçısı olmaq mümkün idi.


Ekspress.az

Açar sözlər: