SOCAR neftçiləri dənizə qaytarır - təhlükə sovuşdu

18.01.2019 11:52
415
SOCAR neftçiləri dənizə qaytarır - təhlükə sovuşdu

Günün ikinci yarısından etibarən neftçilərin özüllərə qaytarılmasına başlanacaq.


Ekspress.az xəbər verir ki, bu barədə SOCAR məlumat yayıb.


“Dəniz özüllərində vəziyyət stabildir. Hava şəraiti tədricən normallaşır. Daha əvvəl təxliyə edilmiş əməkdaşlar günün ikinci yarısından etibarən özüllərə qayıtmağa başlayacaq və fəaliyyətlərini adi qaydada davam etdirəcək”, - deyə məlumatda bildirilir.

Qeyd edək ki, ötən gecə dəniz özüllərində qasırğanın şiddəti 144 kilometr/saat (40 metr/saniyə) həddinə yüksəlib, bəzi yerlərdə dalğanın hündürlüyü 10 metrdən çox olub.


Xatırladaq ki, yanvarın 16-dək SOCAR hava şəraitinin kəskinləşməsi, dənizdə qasırğanın gözlənilməsi ilə əlaqədar maksimum dərəcədə təhlükəsizlik tədbirləri həyata keçirib. Hava və dəniz nəqliyyatları vasitəsilə ümumilikdə 2500-dək neftçinin sahilə çıxarılması üçün tədbirlər görülüb.

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND