Türkiyə ABŞ-ın "F-35"lərlə bağlı qərarını qınadı

18.07.2019 21:37
160
Türkiyə ABŞ-ın "F-35"lərlə bağlı qərarını qınadı

Türkiyənin Müdafiə Sənayesi naziri İsmail Dəmir ABŞ-ın F-35 qırıcıları ilə bağlı qərarını qınayıb.

Ekspress.az xəbər verir ki, nazir qərarın qanunsuz olduğunu bildirərək, "Bizə göndərilən rəsmi bir qərar yoxdur, rəsmi qərarı gözləyirik. 


Türkiyə üzərinə düşən bütün öhdəlikləri yerinə yetirir. Təktərəfli qəbul edilmiş qərardır” deyib.


O həmçinin "Əgər F-35-lərlə bağlı problem yaranarsa, Türkiyə alternativ yollara baş vuracaq, bütün seçimlər masadadır” - deyə bildirib (bakupost).


Ekspress.az

Açar sözlər: