Vilayət Eyvazov kollegiya iclası keçirir


12.07.2019 10:12
54
Vilayət Eyvazov kollegiya iclası keçirir

Daxili İşlər Nazirliyində (DİN) geniş kollegiya iclası keçirilir.


Ekspress.az xəbər verir ki, Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazovun sədrliyi ilə keçirilən toplantıda DİN-in kollegiya üzvləri, baş idarə, idarə və xidmət rəisləri, məsul əməkdaşlar, Azərbaycanın bütün şəhər və rayon polis idarə, şöbə və bölmələrinin rəisləri iştirak edirlər.


İclasda 2019-cu ilin 6 ayı ərzində ölkədə cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi, mülkiyyət əleyhinə olan cinayətlərin qarşısının alınması sahəsində görülən tədbirlər və qarşıda duran vəzifələr müzakirə olunur (report).


Ekspress.az

  • SON XƏBƏR
  • TREND