“Microsot” “Windows 7” əməliyyat sisteminin dəstəklənməsini dayandırır

03.05.2019 10:39
179
“Microsot” “Windows 7” əməliyyat sisteminin dəstəklənməsini dayandırır


10 illik fəaliyyətdən sonra “Windows 7” sisteminin dəstəklənməsi 2020-ci ilin 14 yanvar tarixindən dayandırılacaq. Səbəb isə “Microsoft”un 2009-cu ilin 22 oktyabr tarixində “Windows 7” işə salınarkən şirkətin üzərinə götürdüyü 10 illik dəstək öhdəliyinin müddətinin sona yaxınlaşmasıdır. 


İstifadəçilər bu barədə bildirişləri bu ilin aprel ayından etibarən almağa başlayıblar. Bildirişlər il ərzində bir neçə dəfə təkrarlana bilər. Bunun əsas məqsədi müştəriləri yeniliklərə hazırlamaqdır. İnformasiya xarakteri daşıyan bildirişləri almaqdan imtina etmək də olar. 


Bununla belə, “Windows 7” fəaliyyətini davam etdirəcək, amma istifadəçilər “Microsoft”dan təhlükəsizlik bildirişləri almayacaq. Bu isə o deməkdir ki, köhnə proqram təminatında çalışan kompyuterlər viruslara qarşı həssas olacaq. Həmçinin, “Microsoft” “Windows 7”-ə texniki dəstək göstərməyəcək.  


Bu keçidi rahatlaşdırmaq üçün “Microsoft FastTrack”in təklif etdiyi “Desktop App Assure” xidməti aktivləşdirilir. Bu xidmət “Windows 10” və “Office 365ProPlus” ilə bağlı  yarana biləcək istənilən problemi aradan qaldırır. 

Bundan başqa, “Microsoft” SQL Server 2008 və Windows Server 2008 məhsullarını dəstəkləməyi müvafiq olaraq 2019-cu ilin 9 iyul və 2020-ci ilin 14 yanvar tarixindən dayandırır.


Bu səbəbdən müşrətilərə yeni məhsullardan istifadə etmək tövsiyə edilir.


Bu dəyişiklilərlə bağlı “Microsoft” “Windows 10” üçün bələdçi rolunu oynayacaq “IoT”u təklif edir. Bu xidmət 2028-ci ilə qədər aktiv olacaq və bu illər ərzində “Windows 10”da çalışmaq üçün dəstək funksiyasını yerinə yetirəcək.


Qeyd edək ki, “Windows 10”-un ödənişsiz istifadə müddəti 2016-cı ilin 29 iyul tarixində bitib. Bundan sonra yeni proqram təminatını yalnız ödənişli əsaslarla əldə etmək mümkün olcacaq. “Windows 10” proqram təminatının qiyməti son 10 ildə proqram təminatları üçün tələb olunan rəqəmdən kifayət qədər aşağı olacaq. 


Ekspress.az

  • SON XƏBƏR
  • TREND