• 7 °C Bakı
  • -3 °C Quba
  • 5 °C Gəncə
  • 4 °C Yevlax
  • 1 °C Naxçıvan

Özəl sektorun ixracı 6,4 dəfə artıb

15.03.2019 10:50
45
Özəl sektorun ixracı 6,4 dəfə artıb


Bu ilin əvvəlindən Azərbaycanın özəl şirkətlərinin xaricə ixracında kəskin artım var.


Dövlət Gömrük Komitəsinin (DGK) məlumatlarına istinadən xəbər verir ki, yanvar-afevral aylarında Azərbaycanın özəl sektoru xarici ölkələrə 1 107,6 milyn dollarlıq məhsul ixrac edib. Bu ötən ilin eyni dövrü ilə (173 milyon dollar idi) müqayisədə 6,4 dəfə artıqdır (FED.az). 


Bu dövrdə fiziki şəxslərin ölkədən ixracı 11 milyon 63 min dollar təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 72,7% artıqdır. 


Son birr ildə Azərbaycandan ixracın coğrafiyası da dəyişib. 


Bir il əvvəl - 2018-ci ilin ilk iki ayında ölkədən 2 210,5 milyon dollarlıq ixracın 51,3%-i Avropa Birliyinin, 6,7%-i MDB ölkələrinin, 42% isə digər ölkələrin payına düşürdü. 


2019-cu ilin yanvar-fevral aylarında isə 3 152,1 milyon dollarlıq ixracın 69,8%-i Avropa Birliyinin, 4,5%-i MDB ölkələrinin, 25,7% isə digər ölkələrin payına düşüb. 


Əvəzində bu il ölkədən ixrac edilən malların çeşidi azalıb. DGK-nin məlumatına görə, ötən ilin ilk iki ayında ölkədən 1435 adda mal ixrac edilmişdisə, 2019-ci ildə bu göstərici 1385-ə düşüb. 


Ekspress.az

  • SON XƏBƏR
  • TREND