Avropanın mərkəzində qumbaralar partladılır - DƏHŞƏT


09.03.2019 15:45
247
Avropanın mərkəzində qumbaralar partladılır - DƏHŞƏT

Belçikanın VTM kommersiya teleşirkətinin verdiyi məlumata görə, Antverpen şəhərində iki avtomobilin altına döyüş qumbaraları atılıb, nəticədə hər iki maşın sıradan çıxıb.


Ekspress.az xəbər verir ki, polis, yanğınsöndürmə xidməti və partladıcı maddələri zərərsizləşdirən DOVO xidmətinin nümayəndələri dərhal hadisə yerinə gəliblər.

Polisin məlumatında deyilir: “Bu maşınların altına iki qumbara atılıb. Avtomobillər və yaxınlıqda saxlanılmış bir neçə başqa maşın ciddi zədə alıb” (AZƏRTAC).Küçədə parklanmış bir neçə maşının pəncərələri çilik-çilik olub. Partlayış nəticəsində yaxınlıqdakı evlərin fasadları da zədə alıb.


Ekspress.az