ABŞ-da insident: silahlı şəxs ətrafdakılara atəş açdı

16.02.2019 03:56
215
ABŞ-da insident: silahlı şəxs ətrafdakılara atəş açdı

ABŞ-ın İllinoys ştatında, Avrora şəhərində atışma olub. Baş verən atışma zamanı azı 1 nəfər həlak olub.


Ekspress.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.


Bildirilir ki, hadisə zamanı 4 polis əməkdaşı və 1 mülki şəxs yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.


Şahidlərin sözlərinə görə, silahlı şəxs lazer nişangahı olan tapança ilə ətrafdakılara atəş açıb. Avrora Şəhər Şurasından bildirilib ki, hadisəni törədən şəxs yaxalanıb. 

İnsidentin səbəbi məlum deyil. 




Açar sözlər: