Güclü külək iki yük maşınını aşırdı - VİDEO

17.01.2019 15:09
472
Güclü külək iki yük maşınını aşırdı - VİDEO


Bakı-Ələt yolunda güclü külək nəticəsində iki ağır yük maşını aşıb.


Ekspress.az xəbər verir ki, "modern.az"ın məlumatına görə, hadisə bu gün saat 13 radələrində baş verib. Görüntülərdən görünür ki, aşan yük avtomobilləri arasında az məsafə var.

Hadisə yerinə Yol Patrul Xidmətinin əməkdaşları da gəlib.


Həmin vaxt ərazidən keçən sürücü Zamin Musayev görüntüləri çəkərək, Modern.az-a göndərib.