İran ABŞ-la müharibə ehtimallarını qiymətləndirib


15.05.2019 09:26
41
İran ABŞ-la müharibə ehtimallarını qiymətləndirib

İranın ali dini lideri ayətullah Əli Xamenei Birləşmiş Ştatlarla mümkün müharibə ehtimallarını şərh edib.


Ekspress.az xəbər verir ki, onun sözlərinə görə, İran tərəfi ABŞ-a qarşı müqavimət göstərməkdə davam edir, lakin müharibə olmayacaq.


"Müharibə üçün bir əsas yoxdur", - deyə Xamenei bildirib (report).

O əlavə edib ki, hərbi qarşıdurma ABŞ-ın maraqları daxilində deyil. Xamenei qeyd edib ki, belə olacağı təqdirdə İran Amerikadan daha güclü çıxacaq.


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND