Soy­daş­la­rı­mız ko­or­di­na­si­ya şu­ra­la­rı ya­ra­dır

23.11.2018 19:21
669
Soy­daş­la­rı­mız ko­or­di­na­si­ya şu­ra­la­rı ya­ra­dır

Müa­sir dövr­də xa­ri­ci öl­kə­lər­də ya­şa­yan azər­bay­can­lı­lar ara­sın­da mil­li-mə­nə­vi bir­li­yin möh­kəm­lən­di­ril­mə­si, soy­daş­la­rı­mı­zın təş­ki­lat­lan­ma­sı pro­se­si key­fiy­yət­cə ye­ni məz­mun kəsb et­mək­də­dir. Bu, Azər­bay­can di­as­por qu­ru­cu­lu­ğu işi­nə xa­ri­ci öl­kə­lər­də ya­şa­yan azər­bay­can­lı zi­ya­lı­la­rın, gənc­lə­rin və qa­dın­la­rın, elə­cə də Azər­bay­can­da ya­şa­yan di­gər xalq­la­rın xa­ri­ci öl­kə­lə­rə köç­müş nü­ma­yən­də­lə­ri­nin cəlb olun­ma­sı zə­ru­rə­ti ilə bağ­lı­dır.


Xa­ric­də ya­şa­yan azər­bay­can­lı­la­rın təş­ki­lat­lan­ma­sı yo­lun­da töv­si­yə edi­lən təd­bir­lər­dən bi­ri də ko­or­di­na­si­ya şu­ra­la­rı­nın ya­ra­dıl­ma­sı­dır. Di­as­por­la iş üz­rə Döv­lət Ko­mi­tə­si soy­daş­la­rı­mı­za töv­si­yə edir ki, bir öl­kə da­xi­lin­də ay­rı-ay­rı­lıq­da fəa­liy­yət gös­tə­rən ic­ma və qu­rum­la­rın ko­or­di­na­si­ya şu­ra­la­rı­nın ya­ra­dıl­ma­sı əhə­miy­yət­li­dir.


Bu is­ti­qa­mət­də atı­lan ad­dım­lar müs­bət nə­ti­cə­lər ve­rir. Be­lə ki, son ay­lar ər­zin­də bir ne­çə ko­or­di­na­si­ya şu­ra­la­rı­nın ya­ra­dıl­ma­sı mü­şa­hi­də edi­lir. Bun­lar­dan bir ne­çə­si­ni xa­tır­lat­maq ki­fa­yət­dir.

Azər­bay­can Di­as­por­la İş üz­rə Döv­lət Ko­mi­tə­si rəh­bər­li­yi­nin bu il iyu­lun 17-19-da Uk­ray­na­ya sə­fə­ri za­ma­nı Azər­bay­ca­nın di­as­por təş­ki­lat­la­rı­nın bir­gə fəa­liy­yə­ti­nin təş­ki­li məq­sə­di­lə ya­ra­dıl­mış İş­çi qru­pun ikin­ci ic­la­sı ke­çi­rib. İc­las­da təş­ki­lat­la­rın bir­gə fəa­liy­yət is­ti­qa­mət­lə­ri və Ko­or­di­na­si­ya şu­ra­sı­nın ya­ra­dıl­ma­sı ilə bağ­lı bir sı­ra mə­sə­lə­lər mü­za­ki­rə edil­miş­dir. Mü­za­ki­rə­lər­də bir­ba­şa iş­ti­rak edə bil­mə­yən iş­çi qrup üzv­lə­ri, o cüm­lə­dən Di­as­por­la İş üz­rə Döv­lət Ko­mi­tə­si­nin apa­rat rəh­bə­ri on­layn şə­kil­də mü­za­ki­rə­lə­rə qo­şu­la­raq, fi­kir mü­ba­di­lə­si apa­rıb­lar. İş­çi qru­pun növ­bə­ti ic­la­sı­na­dək Uk­ray­na­da fəa­liy­yət gös­tə­rən, qey­diy­yat­dan keç­miş, di­as­por təş­ki­lat­la­rı­nın və di­as­por fə­al­la­rı­nın sa­yı­nın də­qiq­ləş­di­ril­mə­si, bir­gə fəa­liy­yət məq­səd­lə­ri­nin mü­əy­yən­ləş­di­ril­mə­si, Ko­or­di­na­si­ya şu­ra­sı­na üzv ol­maq is­tə­yən­lə­rin sə­nəd­lə­ri­nin ha­zır­lan­ma­sı ilə bağ­lı konk­ret iş böl­gü­sü apa­rı­lıb.


Xa­tır­la­daq ki, Uk­ray­na­da fəa­liy­yət gös­tə­rən və ara­la­rın­da uzun müd­dət fi­kir ay­rı­lıq­la­rı mü­şa­hi­də olu­nan di­as­por təş­ki­lat­la­rı, Di­as­por­la İş üz­rə Döv­lət Ko­mi­tə­si rəh­bər­li­yi­nin bu öl­kə­yə sə­fə­ri za­ma­nı, bir­gə fəa­liy­yət və Ko­or­di­na­si­ya şu­ra­sı­nın ya­ra­dıl­ma­sı ba­rə­də qə­rar qə­bul edib.


Di­as­por­la iş üz­rə Döv­lət Ko­mi­tə­si­nin mə­lu­ma­tı­na əsa­sən atı­lan ad­dım­lar sa­yə­sin­də Uk­ray­na Azər­

bay­can­lı­la­rı Bir­ləş­miş Di­as­po­ru ilə Bir­ləş­miş Uk­ray­na Azər­bay­can­lı­la­rı Konq­re­si bir­gə fəa­liy­yət ba­rə­də qə­rar qə­bul edib və bu pro­se­si hü­qu­qi cə­hət­dən ba­şa çat­dır­maq üçün iş­çi qru­pu ya­ra­dı­lıb. Bu­nun­la bağ­lı di­as­por təş­ki­lat­la­rı ilə ge­niş mü­za­ki­rə­lər apa­rı­lıb, bir­gə fəa­liy­yət me­xa­nizm­lə­ri mü­za­ki­rə edi­lib və yek­dil­lik­lə qə­rar qə­bul olu­nub.


Di­as­por təş­ki­lat­la­rı­nın bu ad­dı­mı Di­as­por­la İş üz­rə Döv­lət Ko­mi­tə­si­nin səd­ri Fu­ad Mu­ra­do­vun Uk­ray­na­ya rəs­mi sə­fə­ri za­ma­nı re­al­la­şıb.


İş­çi qrup Uk­ray­na Azər­bay­can­lı­la­rı­nın Ko­or­di­na­si­ya Şu­ra­sı­nı ya­rat­maq ba­rə­də də ra­zı­lı­ğa gə­lib və bir­gə fəa­liy­yə­tin va­cib ol­du­ğu­nu bil­di­rib­lər. Ve­ri­lən mə­lu­ma­ta gö­rə, ar­tıq Ko­or­di­na­si­ya Şu­ra­sı­nın ilk ic­la­sı ke­çi­ri­lib və təş­ki­lat­lar da­ha ge­niş miq­yas­da fəa­liy­yə­tə baş­la­ya­caq­la­rı­nı elan edib­lər.

Da­ha bir ko­or­di­na­si­ya şu­ra­sı Pa­ris­də ya­ra­dı­lıb. Fran­sa­da fəa­liy­yət gös­tə­rən Azər­bay­can di­as­por təş­ki­lat­la­rı­nın nü­ma­yən­də­lə­ri­nin Pa­ris­də növ­bə­ti top­lan­tı­sı ke­çi­ri­lib. İc­las­da Azər­bay­can Di­as­por­la İş üz­rə Döv­lət Ko­mi­tə­si­nin nü­ma­yən­də he­yə­ti və öl­kə­mi­zin Fran­sa­da­kı föv­qə­la­də və sə­la­hiy­yət­li sə­fi­ri Rəh­man Mus­ta­fa­yev iş­ti­rak edib­lər.


Top­lan­tı­da soy­daş­la­rı­mı­zın prob­lem­lə­ri, in­teq­ra­si­ya mə­sə­lə­lə­ri, elə­cə də Azər­bay­ca­nın dün­ya­da təb­li­ği, Qa­ra­bağ hə­qi­qət­lə­ri­nin yer­li ic­ti­ma­iy­yə­tə çat­dı­rıl­ma­sı is­ti­qa­mə­tin­də gö­rü­lən iş­lər və gə­lə­cək plan­lar mü­za­ki­rə edi­lib. Qeyd olu­nub ki, öl­kə­mi­zin təb­li­ği ilə bağ­lı qar­şı­ya qo­yu­lan məq­səd­lə­rə na­il ol­maq üçün Fran­sa­da­kı Azər­bay­can di­as­po­ru öz fəa­liy­yə­ti­ni və ko­or­di­na­si­ya­nı güc­lən­dir­mə­li­dir.


Təd­bir­də di­as­por fəa­liy­yə­ti, ak­tu­al mə­sə­lə­lər və qar­şı­da du­ran və­zi­fə­lər ba­rə­də fi­kir mü­ba­di­lə­si apa­rı­lıb. Di­as­por təş­ki­lat­la­rı və soy­daş­la­rı­mız tə­rə­fin­dən di­as­por fəa­liy­yə­ti­nin da­ha da sə­mə­rə­li təş­ki­li məq­sə­di­lə müx­tə­lif tək­lif­lər səs­lən­di­ri­lib, mü­za­ki­rə­lər apa­rı­lıb. Soy­daş­la­rı­mı­zın da­ha sıx bir­ləş­mə­si­nin və di­as­por təş­ki­lat­la­rı­nın fəa­liy­yə­ti­nin da­ha güc­lü şə­kil­də əla­qə­lən­di­ril­mə­si­nin zə­ru­ri­li­yi qeyd edi­lib. Bu məq­səd­lə Fran­sa Azər­bay­can­lı­la­rı Ko­or­di­na­si­ya Şu­ra­sı tə­sis edi­lib və Nant şə­hə­rin­də fəa­liy­yət gös­tə­rən Azər­bay­can Fran­sa Mə­də­niy­yət As­so­sia­si­ya­sı­nın səd­ri Toğ­rul Zey­na­lov Fran­sa Azər­bay­can­lı­la­rı Ko­or­di­na­si­ya Şu­ra­sı­nın əla­qə­lən­di­ri­ci­si se­çi­lib.


Qeyd edək ki, Fran­sa Azər­bay­can­lı­la­rı Ko­or­di­na­si­ya Şu­ra­sı Fran­sa­da fəa­liy­yət gös­tə­rən Azər­bay­can di­as­por təş­ki­lat­la­rı­nı və di­as­por üzv­lə­ri­ni kö­nül­lü­lük və bə­ra­bər­lik prin­sip­lə­ri əsa­sın­da bir­ləş­di­rən kol­le­gi­al or­qan­dır.


Ye­ri gəl­miş­kən, "Av­ro­pa İrs Gün­lə­ri" çər­çi­və­sin­də Azər­bay­ca­nın Pa­ris­də­ki Sə­fir­li­yi­nin Mə­də­niy­yət Mər­kə­zin­də "açıq qa­pı" gü­nü ke­çi­ri­lib. Təd­bir Azər­bay­can-Fran­sa Dia­loq As­so­sia­si­ya­sı­nın (AD­FA) və Azər­bay­can Sə­fir­li­yi­nin bir­gə təş­ki­lat­çı­lı­ğı ilə baş tu­tub.


AD­FA-nın pre­zi­den­ti Gü­nel Sə­fə­ro­va öl­kə­mi­zin ta­ri­xi, mə­də­niy­yə­ti haq­qın­da zi­ya­rət­çi­lə­rə ge­niş mə­lu­mat ve­rib. Mə­də­niy­yət Mər­kə­zi­nin nəz­din­də fəa­liy­yət gös­tə­rən Azər­bay­can İn­cə­sə­nət və Ta­rix Mu­ze­yin­də sər­gi­lə­nən mil­li ge­yim­lə­ri­miz və ziy­nət əş­ya­la­rı, qə­dim mu­si­qi alət­lə­ri­miz, mil­li xal­ça növ­lə­ri, sə­nət­kar­lıq nü­mu­nə­lə­ri, mis qab­lar və di­gər qə­dim eks­po­nat­lar haq­qın­da ət­raf­lı mə­lu­mat çat­dı­rı­lıb.


Həm­çi­nin bil­di­ri­lib ki, XIX əs­rin əv­vəl­lə­rin­də müs­tə­qil­li­yi­ni elan edən və mü­səl­man Şər­qin­də ilk dün­yə­vi döv­lət olan Azər­bay­can Xalq Cüm­hu­riy­yə­tin­də qa­dın­la­ra 100 il əv­vəl səs­ver­mə hü­qu­qu ve­ri­lib. Ke­çən əs­rin 90-cı il­lə­ri­nin əv­və­lin­də müs­tə­qil­li­yi­miz ye­ni­dən bər­pa edi­lib.

Öl­kə­mi­zin Bey­nəl­xalq Sər­gi­lər Bü­ro­su­na üzv ol­ma­sı­nın 10 il­li­yi­nə həsr edil­miş və müs­tə­qil­li­yi­mi­zin bər­pa­sın­dan son­ra na­il ol­du­ğu­muz iq­ti­sa­di in­ki­şa­fı əks et­di­rən fo­to­sər­gi­ni zi­ya­rət­çi­lər ma­raq­la qar­şı­la­yıb. Qərb və Şərq ara­sın­da kör­pü olan Azər­bay­ca­nın ev sa­hib­li­yi et­di­yi bey­nəl­xalq təd­bir­lər diq­qə­tə çat­dı­rı­lıb. Bil­di­ri­lib ki, Ba­kı "Ex­po 2025" Ümum­dün­ya Sər­gi­si­nə na­mi­zəd­li­yi­ni irə­li sü­rüb. Öl­kə­miz 2000-ci il­dən "Ex­po" hə­rə­ka­tı­nın fə­al üz­vü­dür.


AD­FA-nın vit­se-pre­zi­den­ti Lo­ran Me­nil-Pul­tye isə Fran­sa­nın mil­li irs abi­də­lə­ri si­ya­hı­sın­da olan Mə­də­niy­yət Mər­kə­zi­nin bi­na­sı və onun ta­ri­xin­dən bəhs edib. Da­ha son­ra AD­FA-nın fəa­liy­yə­ti­nə to­xu­nan Lo­ran Me­nil-Pul­tye de­yib ki, As­so­sia­si­ya­nın əsas məq­sə­di Azər­bay­ca­nın imi­ci­ni Fran­sa­da təş­viq et­mək, Azər­bay­ca­nın zən­gin ta­ri­xi və mə­də­niy­yə­ti­ni fran­sız­la­ra çat­dır­maq­dır. Bil­di­rib ki, ha­zır­da Azər­bay­can­la Fran­sa ara­sın­da çox möh­kəm və sağ­lam mü­na­si­bət­lər möv­cud­dur. AD­FA-nın məq­sə­di bu mü­na­si­bət­lə­ri hər iki öl­kə­nin ic­ti­ma­iy­yə­ti­nə çat­dır­maq və da­ha da in­ki­şaf et­mə­si­nə töh­fə ver­mək­dir.

Təş­ki­lat­çı­lar zi­ya­rət­çi­lə­rin öl­kə­mi­zin ta­ri­xi­nə, mə­də­niy­yə­ti­nə da­ir çox­say­lı su­al­la­rı­nı ca­vab­lan­dı­rıb­lar. Ma­raq­la­nan­la­ra öl­kə­mi­zə sə­ya­hət­lə bağ­lı mə­lu­mat da ve­ri­lib. "Açıq qa­pı" gü­nün­də, həm­çi­nin Azər­bay­can xalq mu­si­qi­lə­ri səs­lən­di­ri­lib, zi­ya­rət­çi­lə­rə Azər­bay­can mə­də­niy­yə­ti, Qız qa­la­sı haq­qın­da Hey­dər Əli­yev Fon­du­nun nəşr­lə­ri, elə­cə də "İRS" jur­na­lı­nın fran­sız di­lin­də çap olun­muş nöm­rə­si pay­la­nı­lıb.


Qeyd edək ki, "Av­ro­pa İrs Gün­lə­ri"nin əsas məq­sə­di yer­li və əc­nə­bi zi­ya­rət­çi­lə­rin mə­də­ni irs ob­yekt­lə­ri­nə sər­bəst gi­ri­şi­ni "açıq qa­pı" for­ma­tın­da tə­min et­mək və mil­li mə­də­ni ir­si təb­liğ et­mək­dən iba­rət­dir.

Ar­tıq İs­veç­rə­də­ki soy­daş­la­rı­mız da ko­or­di­na­si­ya edi­lib. Bern­də İs­veç­rə­də­ki Azər­bay­can di­as­por təş­ki­lat­la­rı nü­ma­yən­də­lə­ri­nin top­lan­tı­sı ke­çi­ri­lib. Top­lan­tı­da Di­as­por­la İş üz­rə Döv­lət Ko­mi­tə­si­nin səd­ri Fu­ad Mu­ra­dov və Azər­bay­can Res­pub­li­ka­sı­nın İs­veç­rə Kon­fe­de­ra­si­ya­sı və Lix­tenş­teyn Knyaz­lı­ğın­da­kı sə­fi­ri Xa­nım İb­ra­hi­mo­va iş­ti­rak edib­lər.


Təd­bir­də İs­veç­rə­də­ki Azər­bay­can di­as­po­ru­nun fəa­liy­yə­ti, prob­lem­lər və gə­lə­cək plan­lar mü­za­ki­rə olu­nub. Bu öl­kə­də­ki cə­miy­yət rəh­bər­lə­ri və üzv­lə­ri­nin bir ara­ya gə­ti­ril­mə­si­nin, on­la­rın əla­qə­lə­ri­nin möh­kəm­lən­di­ril­mə­si­nin va­cib­li­yi vur­ğu­la­nıb. Bu məq­səd­lə İs­veç­rə Azər­bay­can­lı­la­rı Ko­or­di­na­si­ya Şu­ra­sı­nın ya­ra­dıl­ma­sı qə­ra­ra alı­nıb. Şu­ra­da Ba­sel-Stadt "Azər­bay­can Dost­la­rı" Bir­li­yi, Bern­də fəa­liy­yət gös­tə­rən Azər­bay­can­lı­la­rın İs­veç­rə­də­ki Mə­də­niy­yət Mər­kə­zi (AİMM) və Azər­bay­can-İs­veç­rə Türk Cə­miy­yə­ti təm­sil olu­nur. Şu­ra­nın əla­qə­lən­di­ri­ci­si isə AİMM-in səd­ri Qa­sım Nə­si­rov se­çi­lib.


Da­ha son­ra Döv­lət Ko­mi­tə­si ilə İs­veç­rə Kon­fe­de­ra­si­ya­sın­da­kı Sə­fir­li­yi­mi­zin bir­gə la­yi­hə­si olan "Qa­ra­bağ" ad­lı Azər­bay­can mək­tə­bi­nin açı­lı­şı olub.

Bern­də İs­veç­rə Azər­bay­can­lı­la­rı­nın Ko­or­di­na­si­ya Şu­ra­sın­da təm­sil olu­nan di­as­por təş­ki­lat­la­rı­nın top­lan­tı­sı da ke­çi­ri­lib. Şu­ra­nın əla­qə­lən­di­ri­ci­si və Azər­bay­can­lı­la­rın İs­veç­rə­də­ki Mə­də­niy­yət Mər­kə­zi­nin səd­ri Qa­sım Nə­si­ro­vun təş­ki­lat­çı­lı­ğı ilə baş tu­tan top­lan­tı­da Ba­zel­də­ki Azər­bay­can­lı Qa­dın­lar Cə­miy­yə­ti­nin rəh­bə­ri Ar­zu Əli­ye­va, So­lo­turn Azər­bay­can­lı­la­rı Dər­nə­yi­nin sədr müa­vi­ni Bay­can Ya­vuz və Azər­bay­ca­nın İs­veç­rə­də­ki Sə­fir­li­yi­nin nü­ma­yən­də­si iş­ti­rak edib.

Şu­ra­nın ic­la­sın­da 2018-ci il­də gö­rül­müş iş­lə­rin he­sa­ba­tı din­lən­dik­dən son­ra 2019-cu ilin pla­nı mü­za­ki­rə edi­lib, gə­lən il ke­çi­ri­lə­cək təd­bir­lə­rin təq­vi­mi ha­zır­la­nıb. Təş­ki­lat­la­rın im­kan­la­rı ilə bağ­lı fi­kir mü­ba­di­lə­si apa­rı­la­raq, gə­lən il üçün nə­zər­də tu­tu­lan təd­bir­lə­rin təş­ki­lat­lar üz­rə böl­gü­sü mü­əy­yən­ləş­di­ri­lib.


Be­lə­lik­lə, 2019-cü il­də öl­kə­mi­zin ta­nı­dıl­ma­sı, Qa­ra­bağ hə­qi­qət­lə­ri­nin dün­ya­ya çat­dı­rıl­ma­sı, mil­li mə­də­niy­yə­ti­mi­zin təb­li­ği is­ti­qa­mə­tin­də 14 təd­bi­rin ke­çi­ril­mə­si plan­lan­laş­dı­rı­lıb.

Top­lan­tı­da təd­bir­lə­rin təş­ki­lin­də qar­şı­lıq­lı dəs­tə­yin zə­ru­ri ol­du­ğu vur­ğu­la­nıb.

Da­ha bir ko­or­di­na­si­ya şu­ra­sı ABŞ-da tə­sis olu­nub. Di­as­por­la İş üz­rə Döv­lət Ko­mi­tə­si­nin nü­ma­yən­də he­yə­ti ABŞ-a sə­fər çər­çi­və­sin­də Nyu-York­da Ame­ri­ka Azər­bay­can­lı­la­rı­nın Ko­or­di­na­si­ya Şu­ra­sı­nın tə­sis yı­ğın­ca­ğın­da da iş­ti­rak edib. Tə­sis yı­ğın­ca­ğın­da Azər­bay­ca­nın ABŞ-da­kı sə­fi­ri Elin Sü­ley­ma­nov, BMT ya­nın­da dai­mi nü­ma­yən­də Ya­şar Əli­yev, 60 nə­fər di­as­por nü­ma­yən­də­si və rəh­bə­ri iş­ti­rak edib. Təd­bir­də Ko­mi­tə rəh­bə­ri, iş­ti­rak­çı­la­rı sa­lam­la­ya­raq, xa­ric­də ya­şa­yan soy­daş­la­rı­mı­za diq­qət və qay­ğı gös­tə­ril­mə­si­nin Azər­bay­can döv­lə­ti­nin si­ya­sə­tin­də prio­ri­tet ol­du­ğu­nu qeyd edib. Son dövr­lər di­as­por sa­hə­sin­də gö­rü­lən iş­lər ba­rə­də, soy­daş­la­rı­mı­zın bir­gə fəa­liy­yə­ti haq­qın­da ra­zı­laş­ma­la­rın əl­də edil­mə­si, Ko­or­di­na­si­ya Şu­ra­la­rı və pers­pek­tiv­lər ba­rə­də mə­lu­mat ve­rib. İş­ti­rak­çı­la­ra Döv­lət Ko­mi­tə­si­nin fəa­liy­yə­ti­nə da­ir vi­deo­çarx nü­ma­yiş olu­nub. Nü­ma­yən­də he­yə­ti­ni sa­lam­la­yan soy­daş­la­rı­mız Ame­ri­ka­da da ko­or­di­na­si­ya­nın, soy­daş­la­rı­mı­zın fəa­liy­yə­ti­nin ya­xın­dan əla­qə­lən­di­ril­mə­si­nin zə­ru­ri ol­du­ğu­nu bil­di­rib­lər. Təd­bir­də çı­xış edən­lər Ame­ri­ka­da ya­şa­yan azər­bay­can­lı­la­rın prob­lem­lə­ri­ni səs­lən­di­rib, Azər­bay­can di­li mək­təb­lə­ri­nin ço­xal­dıl­ma­sı zə­ru­ri­li­yi qeyd edi­lib, Ame­ri­ka­da ya­şa­yan is­te­dad­lı gənc­lə­rə diq­qə­tin ar­tı­rıl­ma­sı is­ti­qa­mə­tin­də tək­lif­lər səs­lən­di­ri­lib.


Təd­bir­də Ame­ri­ka Azər­bay­can­lı­la­rı­nın Ko­or­di­na­si­ya Şu­ra­sı tə­sis edi­lib. Ko­or­di­na­si­ya Şu­ra­sı­nın tam şə­kil­də fəa­liy­yə­tə baş­la­ma­sı üçün mü­va­fiq iş­çi qru­pu ya­ra­dı­lıb.

Soy­daş­la­rı­mı­zın fi­kir və tək­lif­lə­ri­nin nə­zə­rə alı­na­ca­ğı­nı bil­di­rən Ko­mi­tə rəh­bə­ri qar­şı­ya qo­yu­lan mə­sə­lə­lə­rin həll edil­mə­si üçün ko­or­di­na­si­ya­lı fəa­liy­yə­tin va­cib ol­du­ğu­nu qeyd edib. Yal­nız bir öl­kə­də, bir qi­tə­də de­yil, bü­tün dün­ya­da soy­daş­la­rı­mı­zın mü­əy­yən bir şə­bə­kə­ləş­mə­si­nin zə­ru­ri ol­du­ğu­nu bil­di­rib.


Va­sif CƏ­FƏ­ROV

Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyi ilə çap olunur


  • SON XƏBƏR
  • TREND