Vurğun Əyyubun ölüm xəbəri yalandır - Açıqlama

23.09.2019 09:00
134
Vurğun Əyyubun ölüm xəbəri yalandır - Açıqlama

Hazırda Vurğun bəyin həkimi Adil Qeybulla ilə danışdım. Vurğun bəy sağdır, vəziyyəti isə ağırdır.


Ekspress.az xəbər verir ki, bu sözləri Ellada Məmmədli Vurğun Əyyubun ölümü ilə bağlı sosial şəbəkədə yayılan məlumatlara cavab olaraq qeyd edib. O, hamını qeyri-səhih məlumat yaymamağa çağırıb:


“Nəzərə alın ki, həmin statusları Vurğun bəyin ailə üzvləri oxuyur və çox həyəcanlanırlar...”

Qeyd edək ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sabiq rəhbəri Vurğun Əyyubun səhhəti bir müddət əvvəl ağırlaşıb.


Vurğun Əyyubun əmisi oğlu İsmayıl Əyyub da onun komaya düşməsi və dünyasını dəyişməsi xəbərini təkzib edib. (axar)


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND