"Gördüm ki, polis bizim fanatımızın boğazından tutub..." - VİDEO

04.10.2019 17:00
53
"Gördüm ki, polis bizim fanatımızın boğazından tutub..." - VİDEO

“Neçə ildir ki, burdayam özümü azərbaycanlı kimi hiss edirəm. Bu hadisəyə biganə qala bilməzdim. Belə ucuz hərəkətlərə qarşı etirazımı bildirməli idim”.


Ekspress.az xəbər verir ki, bu sözləri “Qafqazinfo”ya açıqlamasında “Qarabağ”ın yarımmüdafiəçisi Riçard Almeyda deyib.


30 yaşlı futbolçu dünən keçirilən “Düdelanj” – “Qarabağ” oyununda erməni təxribatından danışıb. O, azarkeşlərə tərəf qaçmasının səbəbini də açıqlayıb: “İstər-istəməz bu mənə təsir etdi. Gördüm ki, polislər bizim fanatımızın boğazından tutub və o, çətin vəziyyətdədir. Polis ona qarşı zor tətbiq edir. Bir neçə azarkeşimiz də var idi. Qaçdım ki, onlara kömək edim. Qara Qarayev, Rəşad Sadıqov da gəldi. Nə lazımdırsa, etməyə hazıram. Sona qədər “döyüşərəm”. Mən Azərbaycanı təmsil edirəm və milli komandada oynayıram. Əlimdən gələn hər şeyi edəcəm”.


Xatırladaq ki, matçın 31-ci dəqiqəsində separatçı "Dağlıq Qarabağ" rejiminin bayrağı dronla meydançanın üzərinə gətirildikdən sonra stadionda ara qarışıb və görüşdə bir neçə dəqiqə fasilə yaranıb.




Ekspress.az

  • SON XƏBƏR
  • TREND