Günün ikinci zəlzələsi Bakıda da hiss olundu - YENİLƏNİB

06.02.2019 00:22
256
Günün ikinci zəlzələsi Bakıda da hiss olundu - YENİLƏNİB

Fevralın 5-də axşam saatlarında Azərbaycanda baş verən zəlzələ 6 maqnituda gücündə olub.


AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzi xəbər verir ki, zəlzələ yerli vaxtla saat 23:31-də Pirquludan stansiyasından 11 km cənub-qərdbdə İsmayıllı ərazisində qeydə alınıb.


Zəlzələ episentrdə 6 bal, ətraf rayonlarda 5.3 bala qədər hiss olunub.


***


5 fevral saat 23:42

Bu gün axşam saatlarında respublika ərazisində zəlzələ baş verib.


Yeraltı təkanlar təqribən 3-4 maqnituda gücündə olub. Zəlzələ bölgələrlə yanaşı, paytaxt Bakıda da hiss olunub.


Xatırladaq ki, günorta saatlarında ölkənin cənub bölgəsində də zəlzələ olub. Yeraltı təkan Yardımlı, Lerik və Masallı rayonlarında hiss olunub.


Yerli mütəxəssislərin verdiyi məlumata görə, zəlzələ, əsasən, Yardımlı rayonunda, təqribən, 3 bal gücündə qeydə alınıb və yerli sakinlər tərəfindən hiss olunub. 


Ekspress.az

  • SON XƏBƏR
  • TREND