• 19 °C Quba
  • 18 °C Gəncə
  • 16 °C Yevlax
  • 15 °C Naxçıvan
  • 20 °C Bakı

“Nar” gənclərin intellektual inkişafına töhfə verməyə davam edir

15.05.2019 13:28
35
“Nar” gənclərin intellektual inkişafına töhfə verməyə davam edir


Ölkənin ən gənc mobil operatoru “Nar”ın dəstəyilə baş tutan“Breyn Rinq” intellektual bilik yarışınınon üçüncü mövsümünün ilk finalçılarının adları bəlli olub. Belə ki, kubok uğrunda mübarizədə “Gəncə” və “Nar” komandaları, eyni zamanda daha ikiqalib komanda yarışacaq.

 

Komanda şəklində yarışda iştirak edə bilməyən şəxslər üçün hər həftəsonu “Nar” öz “Facebook” səhifəsində xüsusi müsabiqə keçirir. “Breyn Rinq”-in efirdə yayımlandığı saatda səhifədə paylaşılan suala ən tez cavab verən istifadəçilər müxtəlif hədiyyələrlə təltif edilirlər. Aprel ayının intellektlərininadları isə artıq məlumdur: Əli Məmmədov, İsmayıl Əliyev, Məhbub Osmanov və Rəşad Səttarlıdır.

 

Qeyd edək ki, “Breyn Rinq” bilik müsabiqəsində respublikanın 17 bölgəsi və 11 ali məktəbini təmsil edən 34 komanda iştirak edir.Yarışlar hər həftənin bazar günü saat 20:00-da İctimai Televiziyada yayımlanır. İntellektual oyunun qalibi iyun ayında məlum olacaq və qalib komanda “Nar” kubokunun sahibi olacaq.

 

Gənclərin maariflənməsinin, dünyagörüşünün və analitik düşüncə bacarığının inkişafının cəmiyyət üçün əhəmiyyətini anlayaraq, “Nar” öz Korporativ Sosial Məsuliyyət strategiyası çərçivəsində ilboyu müxtəlif layihələrə dəstək verir ki, “Breyn Rinq” bilk müsabiqəsi də bunlardan biridir. 


<h2>“Nar” gənclərinintellektualinkişafınatöhfəverməyədavamedir</h2>


Ekspress.az

  • SON XƏBƏR
  • TREND