Bakıda yol qəzası televiziya kamerasına düşdü - VİDEO

30.12.2018 23:33
544
Bakıda yol qəzası televiziya kamerasına düşdü - VİDEO

Paytaxtın Xətai rayonu Nobel prospektində təmir olunan yol yenidən çöküb.


Ekspress.az "Xəzər xəbər”ə istinadən xəbər verir ki, Avtomobil Yolları Dövlət Agentliyinin və Azərsu Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları həmin ərazini qazıb müəyyən işlər görərək sonradan yola asfalt örtüyü vurmuşdular. Bu gün isə həmin hissə yenidən çöküb.

 

Maraqlı məqam ondan ibarətdir ki, Nobel prospektindən üzü şəhər istiqamətinə hərəkət edən avtomobillərin sürücüləri yolda heç bir təhlükəsizlik tədbirlərinin görülməməsi səbəbindən çökən hissəni görməyərək yoldakı çalaya düşməmək üçün anidən əyləc sistemində istifadə etməli olur.

 

Bu zaman isə arxadan gələn maşınların qabaqdakı avtomobili vurmaq risqini artırır.

 

Elə çəkiliş zamanı həmin ərazidə 6-a yaxın avtomobilə ciddi zərər dəyəməsi ilə nəticələnən yol qəzası baş verib. Bəzi avtomobillər isə çökən hissəyə düşərək yollarına davam ediblər.

 

Qeyd edək ki, verilən açıqlamda yolun çökməsinə səbəb kimi su sızması göstərilir.


VİDEO



Açar sözlər: