"WhatsApp"dan yenilik - qara ekran rejimi olacaq


28.03.2019 11:08
98
"WhatsApp"dan yenilik - qara ekran rejimi olacaq

Dünya miqyasında geniş istifadəçi kütləsinə malik sosial media platforması olan “WhatsApp” daha bir yenilik təqdim etməyə hazırlaşır. 

 

Ekspress.az xəbər verir ki, “Android” platforması üçün nəzərdə tutulmuş versiyasında “qara rejim” adlı özəllik hələ ki, messencerin beta-versiyasında (2.19.82) sınaqdan keçirilir. Bu yenilik nəticəsində ağ fon qara ilə əvəzlənəcək və mətnlərin şriftləri ağ rəngdə olacaq.

 

Verilən məlumata görə, sözügedən yeniliyin istifadəçilərə nə zaman təqdim olunacağı məlum deyil.


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND