Ən qoca Siam əkizlərindən biri ölsə, digərini öldürməli olacaqlar


23.07.2019 22:25
60
Ən qoca Siam əkizlərindən biri ölsə, digərini öldürməli olacaqlar

Onlar dünyanın ən uzunömürlü Siam əkizləridir. Bu günə qədər Siam əkizlərinin 50 ildən artıq ömür sürməsi bardə məlumat yox idi.


Ekspress.az bizimyol.info-ya istinadən xəbər verir ki, onlar isə 68 ildir birlikdədirlr. Söhbət 1951-ci il 28 oktyabrda dünyaya gəlmiş Ronni və Donni qardaşlarından gedir. Əkizlər 7 uşaqlı ailənin sonuncu övladları oldular. 50-ci ilin texniki imkanları bu əkizlərin cərrahi yolla ayrılmasına imkan vermirdi. Çoxuşaqlı ailə bu əkizlərin hesabına yaşamağaı öyrəndi desək yanılmarıq. Düz 1991-ci ilə qədər əkizlər dünyanın ən müxtəlif sirklərində çıxış etməklə ailələrinin rifahını qorudular.


Qardaşların başları, köks qəfəsləri , ayaqları, qolları ayrıdır, cinsi orqanları və bağırsaqları, qan dövranı sistemi isə eyni. Bu illər ərzində onlar bir birləri ilə çox dava etdilər. Hətta aralarındakı mübahisələrin biri zamanı Ronni Donninin gözünü zədələdi. Yetkinlik dövründə cinsəl yetişkinlik zamanı bu mübahisələr, davalar daha da şiddətləndi. Kamilləşdikdən sonra isə əkizlər bir-birinin qədrini bilməyə birinin digəri üçün nə qədər dəyərli olduğunu anlamağa başladılar.Çünki onlardan biri xəstələnib hansısa dərmanı qəbul edəndə bu digərinə də təsir edir.


Son illər artıq ömürlərinin demək olar ki 70-ci ilinə çatmış qadaşlara həkimlərdən onları ayırmaq barədə təkliflər gəlir. Onlar isə daha bir-birləri olmadan yaşamağı bacarmadıqlarını düşünərək bu təklifləri rədd edirlər. Hərçənd çox gözəl bilirlər ki, biri digərindən tez ölsə, o birisini də eftanaziya yolu ilə öldürməli olacaqlar. Bədənə bitişmiş meyitlə nə qədər yaşamaq mümkündür ki?


Ekspress.az

Açar sözlər:
  • SON XƏBƏR
  • TREND