Ağcaqanad özü ilə bu xəstəlikləri gətirir - HƏKİMDƏN XƏBƏRDARLIQ

04.06.2019 15:02
349
Ağcaqanad özü ilə bu xəstəlikləri gətirir - HƏKİMDƏN XƏBƏRDARLIQ

Yay aylarının ən dözülməz hallarından biri də ağcaqanadlardır. Demək olar ki, bir çox evlərin qonağı olan bu həşəratların əsəbləri sıradan çıxaran vızıltısı, sancması əməlli başlı diskomforta səbəb olur.


Bəs bu həşəratların sancması nəticəsində hansısa xəstəliklər baş verə bilərmi?


Mövzu ilə bağlı sualları cavablayan terapevt Günel Verdiyeva bildirib ki, ağcaqanad bir çox xəstəliklərin yayılmasına səbəb ola bilər:


“Ağcaqanad sancması insana böyük zərər verə bilər. Belə ki, həşəratın sancması nəticəsində insan malyariya, hepatit C, B və s. xəstəliklərə yoluxa bilər.


Ağcaqanad tək insanın yox, iti-pişiyin də qanını sorur. Bunun nəticəsində isə sözügedən heyvanlarda olan xəstəliklərin də daşıyıcısına çevrilir”.


Həkim qeyd edib ki, ağcaqanadlardan qorunmaq üçün müxtəlif vasitələrdən istifadə edilməlidir:


“Bu həşəratlar daha çox nəmişlik olan yerdə artır. Harada ki göl, dəniz var belə yerlərdə ağcaqanad da çox olur. Bəzi yerlərdə isə gölməçələr olmasa da yaşayış evlərinin zirzəmisində su axması nəticəsində nəmişlik yaranır və bu da ağcaqanadların artmasına səbəb olur (lent.az). Həmçinin əgər evdə həşəratlar çoxalırsa, bu zaman Gigiyena və Epidemiologiya Mərkəzindən yardım istəmək lazımdır ki, zirzəmilər dezinfeksiya olunsun”.



Ekspress.az